Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2016
13:10
6233
Təyyarədə uçuş-eniş zamanı pərdələrin açılması niyə istənilir?

Təyyarədə heç olmasa bir dəfə uçan hər bir kəs yəqin diqqət edib ki, uçuş və eniş zamanı sərnişinlərdən illuminatorların pərdələrini açmaq xahiş ounur. Ancaq bunun hansı məqsədlə edildiyini bilən ehtimal ki, az adam var.

FaktXeber.com olaraq bu gün sizə belə bir addımın məqsədi barədə məlumat verəcəyik.

Sən demə, illüminatorlar  uçuşun təhlükəsizliyi üçün açılır. 

Sirr deyil ki, qəzaların bir çoxu uçuş və eniş zamanı baş verir. Bu səbəbdən pərdələrin açılması eyni anda risqi azalda biləcək bir neçə hədəfə xidmət edir.

Birincisi, insanlar təbiət etibarilə hər şeylə maraqlanandırlar. Bu səbəbdən  illüminatordan  çölə baxan sərnişinlər, nəsə qəribəlik görsələr, bu, dərhal  onların nəzərlərini cəlb edər, xırda bir qığılcımda və yaxud tüstüdə  heyətə xəbər verərlər. Onlar da həqiqətən də ciddi nəsə baş verəcəyi təqdirdə tədbirlər görərlər.

İkincisi, əgər həqiqətən də qəza vəziyyətidirsə, hər saniyə hesabdadır. Açıq pərdələrdə komanda vəziyyətə dərhal qiymət  verə  və sərnişinləri rahat şəkildə evakuasiya edə bilərlər.

Bundan əlavə, uçuş və eniş vaxtı salonun süni işıqlandırılması söndürülür. Bu, sərnişinlərin gözlərinin  göyərtənin işıqlanmasına öyrəşməyə kömək edir. Və qəza baş verəcəyi təqdirdə, onlar təyyarəni tərk edərlərsə, güclü işıqlandırmadan müvəqqəti korluq yaşaya bilərlər. Bu isə evakuasiyanın sürətinə təsir edə bilər.

Bundan əlavə, deyilənə görə, bəzi təyyarələrdə  pərdələr çox zərif plastikdən hazırlanıb. Bu səbəbdən sərt eniş zamanı  pərdə parçalana və sərnişini yaralaya bilər.

Məlum oldu ki, aviadaşıma  dünyasında hər bir şey ən xırda detalına qədər düşünülüb. Və  hətta pərdənin  qaldırılması  belə çox vacib rol oynayır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 06:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru