Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2016
15:35
`Təcili yardım` çağıranda həkimə pul verməliyikmi?

Vətəndaşlar sağlamlıq və həyat üçün təhlükəli olan bir vəziyyətə düşərsə, ilk növbədə 103 nömrəsinə zəng vurmaqla "təcili yardım" xidmətindən istifadə edirlər. Bu yolla baş verə biləcək faciəli və bədbəxt hadisələrin, ölüm təhlükəsinin qarşısını alırlar. Əslində hər bir vətəndaşın Təcili Tibbi Yardım xidmətindən ən adi vəziyyətlərdə belə istifadə etməsi, yarana biləcək xəstəlik və ya başqa bir neqativ halın vaxtında aşkar olunması və düzgün müalicəsinə xeyli yardımçı olur. Bugünkü mövzumuz vətəndaşların təcili vəziyyətlərdə istifadə etdiyi “təcili yardım” xidməti ilə bağlıdır.  Əhalini narahat edən məsələlərdən biri də dövlət xəstəxanalarında vətəndaşlara təcili tibbi yardım göstərilməsi zamanı onlardan pul tələb edilməsidir.

Məsələ ilə əlaqədar FaktXəbər-ə açıqlama verən vəkil Vamiq Şükürov bildirib ki, təcili tibbi yardım göstərilməsinə görə, vətəndaşdan pul tələb etmək qanunsuzdur. Əhalinin sağlamlığının qorunması haqqında 26 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən, dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım pulsuzdur.

Vətəndaşlar onlardan pul tələb edən tibb işçilərinin hərəkətlərindən polisə və ya prokurorluq orqanlarına şikayət verə bilərlər. Həmin tibb işçiləri rüşvət almağa görə, cinayət məsuliyyətinə cəlb edilməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
259

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 18:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru