Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2016
12:49
Eldar Sabiroğlunun oğlu üçün təcridxanaya təcili yardım çağırıldı

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlu, rüşvət almaqda təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilən, prokurorluq orqanlarından xaric edilən Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə R. Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, R.Səfərovla Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində görüşüb: "Onunla yanvarın 16-da görüşdüm. Müvəkkilim ittihamları qəbul etmir və rüşvət almadığını iddia edir. Saxlanılma şəraiti normal olsa da, səhhətində problem var. İstintaq təcridxanasında saxlanılarkən qan təzyiqi yüksəlib və təcridxanaya təcili tibbi yardım çağırılıb. Həkimlərin tibbi yardımından sonra onun səhhəti normallaşıb. Hazırda vəziyyəti sabitdir".

Vəkil qeyd edib ki, R.Səfərov yüksək qan təzyiqindən əziyyət çəkir.

Sabiq müstəntiqlə bağlı istintaq hərəkətləri aparıldıqdan sonra o, yanvarın 16-da 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Zərdab rayon Prokurorluğunda müstəntiq işləyən Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
264

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 19:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru