Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2016
15:23
Azərbaycan dollar qıtlığı Gürcüstanda ajiotaj yaratdı

Azərbaycanda manatın devalvasiyası və hazırda hökm sürən dollar qıtlığı qonşu Gürcüstanda da panika yaradıb.

Gürcü KİV-lərinə istinadən xəbər verilir ki, bəzi iqtisadçılar Gürcüstandan dolların Azərbaycana daşına biləcəyinə dair narahatlıq ifadə edirlər.

İqtisadçı Emzar Djeqreniya hesab edir ki, fövqəladə situasiya yaranıb və əgər Azərbaycanda dollar qıtlığı ilə bağlı panika artsa bu, hökmən Gürcüstana da zərər vuracaq.

“Azərbaycan biznesi Gürcüstandan dollar almağa çalışacaq, bu də təbii olaraq valyutaya tələbatı artıracaq və larinin kursuna təzyiqi artıracaq. Nəticədə milli valyutanın ucuzlaşması yenidən bərpa olacaq”-ekspert deyib.

Gürcüstan Milli Bankının keçmiş prezidenti Roman Qotsiridze isə hesab edir ki, ekspertin bəhs etdiyi təhdid tamamilə absurddur. “Bu gün Gürcüstanda Azərbaycan manatı kimə və nəyə lazımdır? Kim razılaşar ki, dolları satıb manat alsın? Bu, tamamilə istisnadır. Hətta indi, hətta cüzi məbləğlərdə belə Gürcüstanın valyutadəyişmə məntəqələrndə heç kim manat qəbul etmir. Xüsusən də elə situasiyada ki, heç kim bilmir sonra nə olacaq və Azərbaycan milli valyutasının devalvasiyası nə qədər davam edəcək”-keçmiş baş bankir deyib. (banker.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48453

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46502

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48161

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47741

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53279

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47371

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47740
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-10-2020 11:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru