Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2016
16:22
Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı

2015-ci il dekabrın 1-ə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 504 min nəfər olub, onlardan 879 min 400 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624 min 600 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. 

“Muzdla işləyənlərin 22,4%-i təhsil, 19%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2015-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% artaraq 462 manat olub”, - deyə komitədən qeyd edilib. 

DSK-dan onu da bildiriblər ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
412

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 02:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru