Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2016
14:08
3180
Ağsu sakinləri də etiraz etdilər - Foto-Video

Ağsu rayonunda əhali sosial problemlərə etiraz edərək, yanvarın 13-də şəhər parkına və mərkəzi yola toplaşıb. Etirazın əsas səbəbinin sosial problemlər, kəskin bahalıq, xüsusən də unun qiymətinin qalxması olduğu bildirilir. Həmçinin, toplaşanlar kredit borclarından və işsizlikdən də narazılıqlarını bildiriblər. Onlar icra başçısının talana son qoyulmasını da tələb ediblər. Bildirilir ki, aksiya xüsusi olaraq, təşkil edilməyib və kimsə rəhbərlik etmir.

Musavat.com-a bununla bağlı aksiya iştirakçıları məlumat veriblər. Bildirilir ki, aksiyada mindən artıq insan iştirak edib. Onlar sosial problemlərə və qiymət artımına etiraz ediblər. Polis aksiyaya müdaxilə etməsə də, onların problemlərini aidiyyatı qurumlara deməsini təklif edib.

Aksiya iştirakçıları Ağsu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşmək istəsələr də, başçı buna razı olmayıb. Belə ki, aksiyaçıların təyin etdiyi beş nəfərlik nümayəndə heyəti icra hakimiyyətində olsa da, başçı görüşdən imtina edib. O, sosial problemlərin onun günahı ucbatından yaranmadığını bildirib və deyib ki, baş verənlər dövlət səviyyəsində yaranıb. Bundan sonra isə yüzlərlə sakin İcra Hakimiyyətinə yürüş ediblər. Bu zaman icra başçısı onlarla görüşməyə razı olub.

Bildirilir ki, icra başçısı otuz nəfər rayon sakini ilə İcra Hakimiyyətinin iclas zalında görüş keçirib.

  • Ağsuda icra başçısı aksiyaçıları qəbul edib - FOTOLAR  <a class='popupgallerylink'  data-cke-saved-href='http://musavat.com/data/news/dir439/img1982703.jpg' href='http://musavat.com/data/news/dir439/img1982703.jpg' target='_blank'>Yüklə</a>
  • Ağsuda icra başçısı aksiyaçıları qəbul edib - FOTOLAR  <a class='popupgallerylink'  data-cke-saved-href='http://musavat.com/data/news/dir439/img1982704.jpg' href='http://musavat.com/data/news/dir439/img1982704.jpg' target='_blank'>Yüklə</a>
  • Ağsuda icra başçısı aksiyaçıları qəbul edib - FOTOLAR  <a class='popupgallerylink'  data-cke-saved-href='http://musavat.com/data/news/dir439/img1982705.jpg' href='http://musavat.com/data/news/dir439/img1982705.jpg' target='_blank'>Yüklə</a>
  •  
  • Ağsuda icra başçısı aksiyaçıları qəbul edib - FOTOLAR  <a class='popupgallerylink'  data-cke-saved-href='http://musavat.com/data/news/dir439/img1982707.jpg' href='http://musavat.com/data/news/dir439/img1982707.jpg' target='_blank'>Yüklə</a>

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
214

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1830

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
366

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1291

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
435
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 01:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru