Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2016
09:41
Qiymət artımı maarifçiliyin inkişafına mane ola bilərmi?

Manatın ikinci devalvasiyasından sonra Azərbaycanda bütün ərzaq və qeyri-ərzaq məhsulları ilə yanaşı, çap məhsullarının da qiymətində müəyyən artım müşahidə edilməkdədir. Hansı ki, bu artımın yaxın günlərdə daha da yüksələcəyi ehtimal edilir.

Maraqlıdır, alıcılıq qabiliyyətinin kifayət qədər aşağı olduğu Azərbaycanda qəzet, jurnal, kitab kimi çap məhsullarının qiymətinin artması insanların oxumaq, maarifləndirmək imkanını daha da məhdudlaşdıra, cəmiyyətdə maarifsizliyin, savadsızlığın genişlənməsinə səbəb ola bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu hesab edir ki, mövcud situasiyada önəmli olan baş verən proseslərdən kimsənin sui-istifadə etməməsidir:

“Dünyada baş verən qlobal hərbi-siyasi proseslərin nəticəsində qeyri-iqtisadi faktorlar bir çox ölkələrin iqtisadiyyatına , beləliklə, həm də pul-maliyyə sektoruna xeyli dərəcədə zərbə vurmuş oldu. Nəticədə, Azərbaycanda da oncədən proqnozlaşdırılmayan hadisələr baş verdi. Ona görə də hadisələri realist nöqteyi-nəzərdən qiymətləndirsək, görəcəyik ki, idxal mallarında qiymət artımı qaçılmazdır. Ancaq əsas məsələ odur ki, bu artım real əsaslara söykənməklə vicdanlı olsun. Yəni bu faktordan sui-istifadə edilərək qiymətlər şişirdilməsin. Əgər belə olarsa, qəzet və kitabların qiymətinin artmasında kəskin fərq hiss olunmaz”.

H.Babaoğlunun fikrincə, qiymət artımının maarifçiliyin inkişafı baxımından hansısa əngələ səbəb olacağı ehtimalı da inandırıcı deyil:

“Maariflənməyə gəldikdə isə hesab edirik ki, bunu qiymət artımı ilə əlaqələndirmək o qədər də doğru deyil. Birincisi ona görə ki, onsuz da kitab maqazinləri son 20-25 ildə həmişə alıcı problemi yaşayıb. İkincisi isə, tədris vəsaitləri ölkəmizdə pulsuzdur. Üstəlik hazırki mərhələdə maariflənmək və bilgilənmək üçün o qədər yeni texnoloji vasitələr var ki, hər kəs onlar vasitəsilə öz tələbatını asanlıqla ödəyə bilər. Qəzetlərə gəldikdə isə, ölkəmizdə istimai rəyə təsir imkanları olan bütün qəzetlər dövlətimiz tərəfindən cox ciddi yardım alır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53956

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52094

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58643

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52894

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 16:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru