Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2016
12:50
“Azərbaycan” nəşriyyatı: “Qəzet çapında qiymət artımı qaçılmazdır”

Qiymət artımı özünü hər bir sahədə açıq-aşkar göstərməkdədir. Manatın devalvasiyası qəzetlərin çapına da təsirsiz ötüşməyəcək. “Azadlıq” qəzetinin dünənki sayında qəzetin satış qiymətinin 60 qəpiyə qaldırılması ilə bağlı elan yerləşdirilərək, qiymət artımına məcburiyyət qarşısında gedildiyi və bunun bilavasitə manatın ikinci devalvasiyasından sonrakı bahalaşma ilə əlaqəli olduğu bildirilib.

Şübhəsiz ki, manatın ucuzlaşması və dolların kəskin bahalaşması qəzetlərin xərclərini də birə beş artırıb.

Təbii haldır ki, bəzi qəzetlər vəziyyətdən çıxış yolu kimi qiymət artımını labüd hesab edir. Onlar bunu ilk növbədə kağızın, mətbəə xərclərinin və digər zəruri xərclərin qiymətinin artması ilə əlaqələndirirlər.

Məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatının baş direktorunun müavini Bəsti İsmayılova Modern.az saytına bildirib ki, qiymət artımı gözləniləndir.

O, bildirib ki, bütün sahələrdə olduğu kimi, nəşriyyat işində də qiymət artımı müşahidə oluna bilər:

“ Hələ ki bu barədə qərar qəbul edilməyib, amma qiymət artımı da istisna olunmur. Nəzərə alsaq ki, bütün poliqrafiya materialları xaricdən gətirilir və xarici bazarlarda qiymətlər orta hesabla 35-40 faiz artıb, o zaman deyə bilərik ki, qiymət artımı qaçılmazdır. Belə olan halda çap xərclərinin artması da təbiidir ”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53956

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52094

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58643

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52894

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 17:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru