Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2016
10:27
İşsizlərə psixoloji yardım təklif olunmalıdır - Natiq Cəfərli

Neftin ucuzlaşması və maliyyə problemlərinin yaranması səbəbindən hökumət xərcləri azaltmaqla gəlirlərinə və mövcud ehtiyatlarına qənaət etməyə çalışır. Bu istiqamətdə atılması proqnozlaşdırılan addımlardan biri də paralel strukturların ləğvi və səlahiyyətlərinin dövlət qurumları arasında bölüşdürülməsidir. Hər hansı qurumun ləğvi isə yüzlərlə insanın işsiz qalması deməkdir. Bundan əlavə, dövlət qurumlarına ixtisarların aparılması və xərclərə qənaət edilməsi kimi bir tapşırıq da verilib. Oxşar prosesin iri inhisarçı şirkətlərdə SOCAR, “Azərenerji”, “Azəriqaz” , AZAL və digərlərində də həyata keçiriləcəyi gözlənilir. İxtisarların işçilərin 20 faizini əhatə edəcəyi gözlənilir. 

Bütün bunlar isə ölkədə işsizlər ordusunun yaranmasına, sosial gərginliyi artmasına, eləcə də hakimiyyət daxilində narazılıqları tətikləyə bilər. Bəs hökumət yaxın aylarda işsizliyin ölkədə sosial təlatümlərə gətirib çıxarmaması üçün hansı addımları atmalıdır? 

İqtisadçı ekspert  Natiq Cəfərli bildirib ki,  hökumət  işsizlər orsunun yarada biləcəyi gərginliyi önləmək üçün ciddi tədbirlər görməlidir: 

“Biz aylardır Azərbaycan hökumətinə xəbərdarlıq edirdik ki, büdcənin ixtisar olunması, xərclərin azaldılması iqtisadi aktivliyin azalması ciddi işsizlik ordusu yaradacaq və bu il ən böyük problem məhz  işsizlik problemi olacaq. Çünki 10 minlərlə insanın işsiz qalması təhlükəsi var. Beynəlxalq praktikada bunun üçün hökumətlər müxtəlif yollardan istifadə edirlər. Azərbaycanda isə bunun mexanizmləri formal şəkildə mövcud olsa da, işlək vəziyyətdə deyil. Bir çox Avropa ölkələrində belə bir praktika mövcuddur ki, ən azı 6 ay ərzində işdən çıxarılan insanlar işsiz qaldıqda dövlətdən müavinət alır”.

Ekspert onu da  qeyd etdi ki, Azərbaycanda işsizliklə bağlı rəsmi rəqəmlər həddindən artıq kiçik göstərilir: “Reallıq o rəqəmlərə uyğun deyil. İndi artıq o vəziyyətə gəlmişik ki, Azərbaycanda işsizlik ordusunun artması artıq belə formal addımlarla həll olunası məsələ deyil. Bunun tez həll olunması üçün yollardan biri iqtisadi azadlığın artırılması ilə kiçik və orta sahibkarlığın təşviq olunmasıdır. Yəni kiçik sahibkarlara aşağı faizli kreditlərin verilməsi, vergi güzəştlərinin edilməsi, gömrük güzəştlərinin olması və ixracat yönümlü hər hansı istehsal sahələrinin yaradılması, ümumiyyətlə, vergilərdən və gömrük rüsumlarından 3 il müddətinə tamamilə azad olunması və sair olmalıdır ki, bununla paralel olaraq bu işsizliyin verəcəyi problemləri azaltmaq mümkün olsun. Ancaq təəssüf ki, belə  bir planın olması haqqında nə cəmiyyətdə, nə mütəxəssislərdə, nə də hökumətin özündə hər hansı məlumat yoxdur”. 

İqtisadçının sözlərinə görə, insanlar işlərini, gəlirlərini itirəcəksə, bu da sosial narazılığın güclənməsinə, həmçinin əhalinin daha böyük hissəsinin yoxsullaşmasına səbəb olacaq: “Əhalinin birdən-birə əlində olan vəsaiti itirməsi, iş yerlərinin itirilməsi həm insanların psixoloji gərginliyinə, həm də cəmiyyətdə sosial gərginliyin yaranmasına səbəb olacaq. Bu insanlara hətta psixoloji yardım etməyə də ehtiyac yaranacaq. Dünyanın müxtəlif ölkələrində bu xidməti də təklif edir hökumət. Iş yerlərini itirmiş insanlara psixoloji yardımlar təklif olunur. Azərbaycanda isə bu məsələyə formal yanaşılır. Yəqin ki, cəmiyyətdə sosial gərginlik artanda hökumət başa düşəcək  ki, bu məsələyə həssas yanaşmaq lazımdır. Ancaq qorxuram  ki, o zaman artıq gec olacaq”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
166

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
301

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
227
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 16:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru