Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2016
09:13
2567
Sosial şəbəkələrin populyarlığı sayt yaradılmasında fəallığı azaldır

Azərbaycanda sosial şəbəkələrin populyarlığı şəxsi internet-resursların yaradılması işində biznesin fəallığını azaldır. Bu haqda İnformasiya Problemləri üzrə Araşdırma Mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda ICANN-ın (Domen adlarının və IP ünvanların idarə edilməsi üzrə korporasiya) tələblərinə uyğun formalaşdırılmış və Rabitə və Yüksək Texnologiylar Nazirliyi, eləcə də vətəndaş cəmiyyəti ilə razılaşdırılmış domen adlarının qeydiyyata alınmasının ideal balanslaşdırılmış platforması və normativ bazası yaradılıb.
 
Y.Hacıyev qeyd edib: "Hazırda əsas vəzifə ondan ibarətdir ki, cəmiyyətimiz sosial şəbəkələrin tərkib hissəsi olan deyil, şəxsi internet-resursların yaradılmasında böyük fəallıq göstərsin. Heç kəsə sirr deyil ki, "Feysbuk" və bənzər sosial şəbəkələr monitorinq alətləridir. Bununla da münaqişə vəziyyəti yarananda sosial şəbəkə ilə yaradılmış resurs əlçatan olmaya bilər".
 
O, əlavə edib ki, .az domen zonasında saytın qeydiyyatı 20 manatdır və onun illik texniki dəstəyi də 20 manat təşkil edir: "Bu, istifadəçilərin geniş dairəsi üçün olduqca əlçatandır".
 
Hazırda .az milli domen zonasında 24,5 mindən çox internet-resurs qeydiyyata alınıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1147

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 02:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru