Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2015
12:53
Azərbaycanda aylıq 100 manata ev almaq arzusu reallaşır - VİDEO

Azərbaycanda evsiz gənc və gənc ailələr qalmayacaq. Onlara sosial yönümlü evlərin verilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bu barədə Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Onun sözlərinə görə, layihə artıq hazır olsa da, hazırda onun icra mexanizmi araşdırılır.

Gənc ailələrin və gənclərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı uzun müddətdir hazırlanan qanun layihəsi nəhayət ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradovun sözlərinə görə, layihə gənclərə və gənc ailələrə sosial yönümlü evlərin verilməsini nəzərdə tutur. Hazırda araşdırma mərhələsində olan prosesdə , daha çox Skandinaviya ölkələrinin təcrübəsi öyrənilir. Burada gənclərin mənzil problemi " 1 milyon məqsəd" layihəsinin həyata keçirilməsi ilə həll olunub. Yəni dövlət 1 mln. mənzil tikərək, gənclərə uzunmüddətli kirayə verib. 

Yəni elə sosail ev fəlsəfəsinə uyğun olaraq , gənc ailə heç bir ilkin ödəniş etmədən, ayda kiçik məbləğdə vəsait  ödəməklə, müəyyən müddətdən sonra evin sahibinə çevrilir.

Fuad Muradovun sözlərinə görə, ilkin olaraq məqsəd kimi, qanunvericiliyə "sosail evlər" anlayışının daxil edilməsi durur. Bundan sonra gənc və gənc ailələrin yaş məhdudiyyəti , eyni zamanda gənc ailə terminin mahiyyəti də dəqiqləşdirilməlidir. Çünki hazırda Azərbaycan qanunvericiliyinə uyğun olaraq gənc , yaşı 29 - a qədər olanlara , gənc ailələr isə yaşı 35 qədər olanalara deyilir. Amma yanaşma fərdi olmalıdır. Çünki ola bilsin ki, insanlar 35 yaşda evləniblər, amma proses təzəlikcə baş verdiyindən onları da gənc, yəni yeni ailə adlandırmaq olar. Sosial evlərə hüququ olanların qruplara bölünəcəyi nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
155

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
176

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
196

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12

Dekabr
13:08
İQTİSADİYYAT
352

Sabahın hava proqnozu açıqlanıb

12

Dekabr
12:35
ÖLKƏ
308
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 18:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru