Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2015
15:20
1927
Azərbaycanda həlak olan hərbçilər artıq belə dəfn ediləcək

Dəyişiklik hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili zamanı daha yüksək səviyyədə hərbi ehtiramın göstərilməsi məqsədini daşıyır

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclası keçirilib. İclasda əvvəlcə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Əvvəlcə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxılıb.

Ziyafət Əsgərov bildirib ki, dəyişikliyə əsasən, nizamnamənin 18-ci - “Dəfn mərasimlərinin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi” fəsli yeni redaksiyada verilir. Bu dəyişiklik hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili və keçirilməsi zamanı daha yüksək səviyyədə hərbi ehtiramın göstərilməsi məqsədini daşıyır. Eləcə də nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilir. Bu qaydalar nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimlərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Sonra “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Nizamnaməsi”ndə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Sərhəd qoşunları”, “Azərbaycan Respublikasının dövlət sərhədi” haqqında qanunlarda dəyişikliklərə baxılıb.

Qeyd edilib ki, dəyişikliklər “Dəniz limanları haqqında” qanunun tətbiqi ilə əlaqədar edilir və redaktə xarakterlidir.

“Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklə bağlı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna da dəyişikliklər olunacaq. Dəyişikliyə görə, attestasiya olunan fövqəladə hallar orqanları əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
589

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
35

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 21:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru