Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2015
12:59
Azərbaycan Ordusu erməniləri belə məhv etdi - VİDEO

Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ ərazilərindəki erməni mövqelərinin artilleriya atəşinə tutması barədə görüntüləri əks etdirən videogörüntülər yayıb. 

Atəşin koordinasiyası pilotsuz uçan aparatın məlumatlarına görə aparılıb. Atəş nəticəsində həmin vaxt ərazidə olan erməni hərbçiləri ölüb, həmçinin yaralılar da var. 

Ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub.

Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var. 

Son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhəboyu ərazilərdə təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə çalışırlar. Rergiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Noyabrın son günlərin də də baş verən erməni hücumları nəticəsində iki həbçimiz ölüb. Azərbaycan Ordusunun giziri şəhid olub. Noyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu həlak olub. 

Həmin gün hərbi qulluqçu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olmuşdu. O doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Həmin gün ermənilər daha bir hərbçimizi yaralamışdılar. Qarşı tərəflə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
117

İraqda güclü partlayış: on ölü

13

Dekabr
11:41
DÜNYA
221
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 15:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru