Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
14:09
870
Rusiyada yaşayan azərbaycanlılar kütləvi surətdə geri qayıda bilər

Bu sözləri Rusiyada yaşayan, adının açıqlanmasını istəməyən azərbaycanlı biznesmen bildirib.

Biznesmen son 1 ildir Rusiyaya Avropa ölkələri tərəfindən tətbiq edilən sanksiyaların ölkə iqtisadiyyatını çökdürdüyünü, əhalinin gəlirlərinin azaldığını və çox insanın müflisləşdiyini bildirib.

O sözlərinə əlavə edib ki, Türkiyə və Rusiya arasında vəziyyət gərginləşdikdən sonra Rusiyada problemlər daha da çoxalıb:

"İki ölkə arasında qarşılıqlı ticarət əlaqələri var idi. Hər iki ölkə bir-birinə xeyir verirdi. Amma indi iki ölkənin də bir-birinə olan idxal və icracı dayanıb. Bundan ən çox biznesmenler, sahibkarlar, ən sonda da əhali ziyan çəkir".

Biznesmen Rusiyanın belə vəziyyətə düşməsinin səbəbini Rusiya hökumətinin səhvləri ilə əlaqələndirib:

"Putin bütün ölkələrlə baş-başa gəlib münasibətləri pisləşdirdi. Amma əhalinin bu gərginliklər fonunda hansı vəziyyətə düşəcəyini düşünmədilər. İndi insanların çoxu iş tapa bilmir. Alıcılıq qabiliyyəti düşüb. İnsanlarda pul yoxdur. Əhali necə dolacanacığını bilmir".

Rusiyadakı azərbaycanlıların da vəziyyətinin ürəkaçan olmadığını deyən biznesmen sözlərinə əlavə edib ki, artıq Rusiyada azərbaycanlılar qala bilmir:

"İş yox, pul yox, yaşamaq üçün şərait yox. Böhran hər kəsə pis təsir etdi. Kimin əlində nə var idisə itirdi. Çox adam obyetkini bağlayıb qayıdıb Azərbaycana. Görünən budur ki, hələ çox adam qayıdacaq. Düşünürəm ki, azərbaycanlılar kütləvi surətdə geri qayıda bilər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
327

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
227

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
249

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
287

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
317

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
309

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
882

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
687
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 11:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru