Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
10:59
Avro 1 gündə 3 faiz bahalaşdı. Manatın taleyi necə olacaq?

Avropa Mərkəzi Bankı qərarını verdi. Bank depozit dərəcəsinin neqativ 0.2 faizdən neqativ 0.3 faizə endirdi. Eyni zamanda, xarici investorların gözləntilərindən fərqli olaraq qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi.

FaktXeber.com-un məlumatına görə, iqtisadçı alim Vüqar Bayramov sözügedən bankın gözlənilməz qərarının valyuta bazarını, sözün həqiqi mənasında, silkələdiliyini bildirib: "Belə ki, 1.06 dollara təklif edilən avro artıq 1.093 dollara satılır. Bu cəmi bir gündə avronun 3 faiz bahalaşması deməkdir".

Onun sözlərinə görə, avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən “güc” verəcək: "Belə ki, avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı yenidən son 1 ayda ilkdə dəfə olaraq manatı dollara nisbətən hiss edilən fazilə möhkəmləndirib".

İqtisadçı alim avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnəsi siyasəti çərçivəsində milli valyutamızın dollara nisbətən yenidən müqayisəli güclənə biləcəyini vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2095

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2235

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
268

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru