Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2015
10:56
194
Azərbaycanla Avropa İttifaqı arasında soyuqluğun səbəbi açıqlandı

“Azərbaycanla Avropa İttifaqı arasında soyuqluq var və söhbət yalnız Avropa Parlemanetindən getmir. Amma, təbii ki, bu soyuqluğun yaranmasında Avropa Parlamentinin də öz rolu var”. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Avropa Parlamentində Azərbaycana qarşı qətnamənin qəbulundan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hazırkı durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, qətnamə layihəsinin qəbul olunması, onun Avropa Parlamentində yekdilliklə dəstəklənməsi anlamına gəlmir: “Demək olmaz ki, parlamentdə hamı o layihəyə səs verib. Ən böyük partiya olan Avropa Xalq Partiyası (European People`s Party) bu layihəyə qarşı çıxıb. Amma hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır, çünku bu, Avropa İttifaqının bir hissəsidir və orda mühüm qərarlar qəbul olunur”.

Nazir müavini Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin soyumasının əsas səbəbi kimi, ittifaqın indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə yanaşmada vahid mövqe ortaya qoymaması ilə izah edib: “Düzdür, Riqa sammitində onlar bildiriblər ki, bütün "Şərq Tərəfdaşlığı" ölkələrin ərazi bütövlüyünü tanıyırlar, o cümlədən də Azərbaycanın, eyni zamanda bu münaqişənin necə həll edilməsini Riqa kommünikesində bizə uyğun olan şəkildə göstərməyiblər. Moldova, Gürcüstan, indi də Ukraynada münaqişənin bu və ya digər prinsiplər əsasında həll olunmasını deyirlər, amma Azərbaycana gələndə deyirlər ki, ATƏT-in Minsk qrupu var və hansı qərar qəbul edilsə, onu dəstəkləyəcəyik. Lakin söhbət ondan gedir ki, sənin mövqeyin nədir?”

M.Məmmədquliyev bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsində Azərbaycana uyğun olan mövqeyini tələb edəcək. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
77

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
98

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
58

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
63

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
99

Hacı Əliyev belə uduzduruldu - VİDEO

19

Sentyabr
10:55
İDMAN
408

Bakının mərkəzində maşın aşdı - VİDEO

19

Sentyabr
09:54
HÜQUQ,HADİSƏ
153

Bu rayonlarda direktor yerləri boşdur

19

Sentyabr
09:44
ELM / TƏHSİL
207
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 14:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru