Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2015
16:12
İslam Partiyası hadisələri pisləyən bəyanat yaydı

Azərbaycan İslam Partiyasının mətbuat xidməti Nardaran hadisəsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində ağır faciəli hadisə baş vermişdir. Respublika Daxili İşlər Nazirliyinin polis əməkdaşları ilə bir qrup dindar arasındakı qarşıdurma nəticəsində iki nəfər polis əməkdaşı olmaqla altı nəfər həlak olmuşdur. Biz baş vermiş hadisədə dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə, yaxınlarına səbr və təmkin diləyirik. 

Bu gün vətən torpağımız yağı düşmən tapdağı altındadır. Xristian təəssübkeşliyi xalqımızın haqqının özünə qaytarılmasına mane olur. İslam dininin beynəlxalq aləmdəki düşmənləri isə məxsus olduqları cəmiyyətlərə islamı terror dini kimi təqdim etməyə, insanları dinimizin cazibəsindən, sülh və tərəqqi, humanizm dini kimi gözəl dəyərlərindən uzaqlaşdırmağa çalışırlar. 

Belə həssas durumda kimliyindən, rəsmi və ya qeyri-rəsmi vəzifə daşımasından asılı olmayaraq hər bir müsəlman övladı əməli ilə ayrı-ayrı cəmiyyətlərin, hansı dinə mənsub olmasından asılı olmayaraq hətta hər hansı bir fərdin dinimizə olan etimadına, inam və rəğbətinə xələl gətirməkdən çəkinməlidir. 

Buna görə də Azərbaycan İslam Partiyası dinimizə qarşı çevrilə biləcək hərəkətlərə, təxribatçılığa yol aça bilən əməlləri pisləyir, müsəlman övladları arasında silahların işə düşməsini məhkum edir. Hesab edirik ki, bir ölkə daxilində bir xalqın övladları arasında ortaya çıxan ən çətin problemləri belə, milli ənənələrimiz, sözsüz ki, dövlətçilik qanunlarının qorunması şərtilə, həm də milli-mənəvi dəyərlərimiz əsas götürülərək həll edilməlidir. 

İnanırıq ki, baş verən faciədə təxribatçılıq başlıca səbəblərdəndir. Ona görə də biz ölkənin hüquq-mühafizə orqanlarını hadisənin əsas səbəbkarlarının araşdırılmasına, günahkarların tapılaraq cəzalandırılmasına, istintaqın ədalətlə aparılmasına çağırırıq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
541

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
436

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
662

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 15:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru