Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2015
10:46
Türkiyə-Rusiya əlaqələrinin pozulması hər iki ölkənin `xərci` ni artıracaq
Qubad İbadoğlu: enerji və turizm sahəsində əməkdaşlıq imkanları zəifləyəcək

İqtisadçı alim Qubad İbadoğlu Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda hər iki ölkənin iqtisadı əlaqələrinə aydınlıq gətirib.

Faktxeber.com-un məlumatına görə, Qubad İbadoğlu bu barədə öz feysbuk profilində yazıb. Həmin statusu təqdim edirik: 

Turkiyənin hava sərhədini pozan rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra Avrasiya məkanında iki böyük dövlət arasındakı münasibətlərdə son zamanlar yaranmış siaysi gərginliyi pik səviyyəsinə qaldırdı. Yaranmış gərginlik iki ölkə arasında yalnız siyasi deyil, həm də, enerji, ticari və investisiya əməkdaşlığının səviyyəsinə də təsirsiz ötüşməyəcək.

Tərəflər arasında mövcud olan fikir ayrılığının dərinləşməsi ilk növbədə enerji və turizm sahəsində perspektiv əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Belə ki, bundan sonra "Rosatom" korporasiyasının Türkiyədə atom elektrik stansiyası ("Akkuyu") inşa etməsi və bunun üçün nəzərdə tutulan, 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılması, Rusiya qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması, rus turistlərinin axını sahəsində risklər artacaq.

Türkiyənin Almaniyadan sonra ikinci tiracət ortağı olan Rusiyadan idxalatı ötən il 25 milyard, ixracatı 6 milyard, ümumi ticarət dövriyyəsinin həcmi 31 milyard ABŞ dolları olub. 2020-ci ilədək bu iki ölkə arasında ticarət dövriyyəsinin ən azı 3 dəfə artırılması proqnozlaşdırılırdı. Çox güman ki, bu hadisədən sonra ticari münasibətlər sahəsində proqnozlar özünü doğrultmayacaq. Eyni zamanda rusiyalı turistlərin Turkiyəyə gedişinin əngəllənməsi bu ildən başlayaraq müşahidə olunan azalma tendensiyasını gücləndirərək, Türkiyənin aparıcı xidmət sektorunun çətinliklərini bir az da artıracaq. Belə ki, son məlumatlara görə, ötən il 4,5 milyon nəfər, bu ilin ilk 8 ayında isə 2,78 milyon nəfər rusiyalı turist Türkiyəni ziyarət edib.

Lakin, bu münasibətlər qarşılıqlı oldğundan Rusiya iqtisadiyyatına da mənfi təsir göstərəcək. Türkiyə ilə başlanacaq "yeni iqtisadi müharibə" onzuz da sanksiyalardan və neft qiymətlərinin uculaşmasından zəifləyən və ildən ilə kiçilən Rusiya iqtisadiyyatı üçün də yaxşı perspektiv vəd etmir.

Eyni zamanda bu hadisə Rusiyanın Ermənistandaki hərbi mövqelərinin gücləndirməsinə gətirib çıxaracaq. Bu isə Azərbaycanın maraqlarına tamamilə ziddir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
207

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
218

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
343

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
332

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
294
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 02:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru