Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2015
16:00
137
Azərbaycanda hansı sahələr üzrə əcnəbi işçi qüvvəsinə tələbat var?

Azərbaycanda əmək bazarında əsasən mədənçıxarma, tikinti və emal sənayesində, yeni müasir tibbi avadanlıqlara xidmət və rabitə texnologiyaları sahələrində yüksəkixtisaslı əcnəbi işçi qüvvəsinə tələbat var. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu tələbat əcnəbi işçi qüvvəsi üçün əmək kvotasının müəyyən olunması zamanı diqqətdə saxlanılır. Həmin tələbat kvota əsasında ölkəyə gələn və rəsmi iş icazəsi alan əcnəbi işçi qüvvəsi hesabına ödənilir.

Xarici işçi qüvvəsinin ölkəmizə cəlb olunmasına nəzarətin gücləndirilməsi məqsədilə hər il üzrə əcnəbi işçi qüvvəsi üçün hazırlanan kvotanın respublika hökuməti tərəfindən təsdiq edildiyini xatırladan E.Babayev bildirib ki, 2016-cı il üzrə də kvota layihəsi hazırda baxılmaqdadır: “Kvota layihəsi hazırlanarkən mövcud iş yerlərində ilk növbədə yerli işçi qüvvəsindən səmərəli istifadənin təmin olunması prinsipi, eləcə də dünyanın müxtəlif ölkələrindəki əmək bazarlarında mövcud böhranla bağlı baş verən öhdəliklər diqqətdə saxlanılır. Bu isə o deməkdir ki, kvotanın həcmi cari ildəkindən aşağı olacaq”.

E.Babayev deyib ki, mövcud işçi qüvvəsinin əmək bazarında iştirakının təmin olunması üçün ƏƏSMN tərəfindən məqsədyönlü işlər aparılır.

O, qeyd edib ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti vasitəsilə təkcə 2015-ci ilin 9 ayında 22,5 minə yaxın vətəndaş münasib işlə təmin olunub, 2,8 minə yaxın insan əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
322

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
222

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
245

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
284

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
314

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
305

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
879

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
683
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru