Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2015
15:29
139
Azərbaycanda hansı sahələr üzrə əcnəbi işçi qüvvəsinə tələbat var?

Azərbaycanda əmək bazarında əsasən mədənçıxarma, tikinti və emal sənayesində, yeni müasir tibbi avadanlıqlara xidmət və rabitə texnologiyaları sahələrində yüksəkixtisaslı əcnəbi işçi qüvvəsinə tələbat var. Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu tələbat əcnəbi işçi qüvvəsi üçün əmək kvotasının müəyyən olunması zamanı diqqətdə saxlanılır. Həmin tələbat kvota əsasında ölkəyə gələn və rəsmi iş icazəsi alan əcnəbi işçi qüvvəsi hesabına ödənilir.

Xarici işçi qüvvəsinin ölkəmizə cəlb olunmasına nəzarətin gücləndirilməsi məqsədilə hər il üzrə əcnəbi işçi qüvvəsi üçün hazırlanan kvotanın respublika hökuməti tərəfindən təsdiq edildiyini xatırladan E.Babayev bildirib ki, 2016-cı il üzrə də kvota layihəsi hazırda baxılmaqdadır: “Kvota layihəsi hazırlanarkən mövcud iş yerlərində ilk növbədə yerli işçi qüvvəsindən səmərəli istifadənin təmin olunması prinsipi, eləcə də dünyanın müxtəlif ölkələrindəki əmək bazarlarında mövcud böhranla bağlı baş verən öhdəliklər diqqətdə saxlanılır. Bu isə o deməkdir ki, kvotanın həcmi cari ildəkindən aşağı olacaq”.

E.Babayev deyib ki, mövcud işçi qüvvəsinin əmək bazarında iştirakının təmin olunması üçün ƏƏSMN tərəfindən məqsədyönlü işlər aparılır.

O, qeyd edib ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti vasitəsilə təkcə 2015-ci ilin 9 ayında 22,5 minə yaxın vətəndaş münasib işlə təmin olunub, 2,8 minə yaxın insan əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
667

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
37

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 21:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru