Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2015
12:35
182
Şantajçı jurnalistlərə 5 il həbs verildi - AZƏRBAYCANDA

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Kriminal və Bəşəriyyət" qəzetinin təsisçisi Şahin Orucov və "Korrupsiya və Qanun" qəzetinin redaktoru Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə hər iki jurnalist 5 il müddətə azadlıqdan məhrum edilib. İstintaq dövründə zamində olduqlarından onlar məhkəmə zalındaca həbs edilib.

 

Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən "Metallurq” adlı kafedə əxlaqsız yuva təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video görüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək, çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər.

 

Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
342

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
237

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
260

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
299

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
327

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
317

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
891

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
696
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 11:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru