Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2015
20:45
Rusiya təyyarəsinin vurulması kimin oyunudur? -ANALİZ

Bu gün səhər Rusiyanın hərbi təyyarəsi Türkiyənin F-16-sı tərəfindən vuruldu. Hələ ki, baş verən olayla bağlı müxtəlif təhlillər irəli sürülür. Ancaq sual bundadır ki, hadisə təsadüfi xarakter daşyır, yoxsa qabacadan hazırlanmış plandır?

Tarix onu göstərir ki, Türkiyə həmişə Rusiya ilə qarşılaşmaqdan ehtiyatlanıb. 

Hazırda dünyanın iki supergücündən biri olan Rusiyaya qarşı belə bir addımın atılmasını nə Ərdoğanın cəsarətinə yazmaq olar, nə də Türkiyənin bu ölkə qarşısındakı real gücünə. Ərdoğan ABŞ-ın “Böyük Yaxın Şərq” planının həyata keçməsi üçün sadə və eyni zamanda önəmli fiqurudur. Bunu Ərdoğanın özü də dəfələrlə “Biz Büyük Ortadoğu projesinin eşbaşkanlarıyız”, deməklə etiraf edib.

Bu gün Rusiya prezidenti Vladimir Putin İordaniya kralı ilə görüşündə baş vermiş olayla bağlı açıqlama verdi. O, dedi ki, Türkiyənin baş verən hadisədən sonra sərgilədiyi mövqe anlaşılmazdır. Onlar təyyarənin vurulmasından sonra bizimlə əlaqə saxlamaq əvəzinə, NATO ilə danışıqlar aparmaq haqda bəyanat verdilər.

Əslində, Putin siyasi yolla Rusiya təyyarəsinin vurulması məsələsinin kimin sifarişi olmasına eyham vurdu.

ABŞ-ın bu məsələdə susqunluq nümayiş etdirməsi də maraqlı görünür. Məlumdur ki, ABŞ son dövrlər beynəlxalq arenada yaranan böhranlara birbaşa müdaxilə etmir. Çalışır ki, bunu müttəfiqləri, daha doğru desək, əlaltıları vasitəsi ilə həyata keçirsin. Belə hal ABŞ siyasətində artıq bir neçə ildir baş verməkdədir. Önəmli məsələlərdə ABŞ-ın sifarişi ilə hər hansı bir iş həyata keçrilir. Bir az müddət sonra isə Vaşınqton dünyanın ağası kimi məsələni öz xeyrinə tamamlaması üçün ortaya atılır. Bu ABŞ və Qərb üçün daha az xərcə başa gəlir və imicini də qoruyur.

Rusiyanın Suriyadakı terrorçulara, daxili və xarici muzdlulara hücumu ABŞ-ın Yaxin Şərq planına zərbə olmaqla yanaşı, bu ölkənin bir süpergüc olaraq imicinə də mənfi təsirlər qoyub.

Türkiyə sərhədləri İŞİD və digər terrorçular üzünə tam şəkildə açıqdır. Putin bugünkü çıxışında bu məsələyə də toxunaraq, bildirdi ki, Türkiyə İŞİD-dən ucuz qiymətə neft almaq qarşılığında onlara hər cür dəstək verir.

Rusiya və Suriya çalışır ki, Suriya-Türkiyə sərhəd zonlarını ələ keçirməklə, terrorçulara verilən dəstəyin qarşısını alsınlar. Bu məsələ isə ABŞ və Türkiyənin marağına daban-dabana ziddir. Bir neçə gündür ki, "Rusiya Suriya türkmənlərini bombardman edir" kimi saxta kadrlardan da yararlanaraq, Türkiyə mediası ardıcıl məlumat yaymaqdadır.

Bu gün Rusiya təyyarəsinin vurulma olayı isə onu göstərdi ki, ABŞ-ın terrorçulara dəstəyi əsasən Türkiyə vasitəsilə həyata keçirilir. Bundan əlavə, ABŞ Rusiya ilə müqaiyəsədə zəif olan Türkiyə vasitəsilə bu hücuma sifariş etməklə, Rusiyanın dünyada artan imicinə zərbə vurmağa çalışıb.

Ərdoğan və Davudoğlunun "bizim arxamızda NATO durub" kimi açıqlamaları da onların haradan sifariş aldıqlarını və eyni zamanda, nədərəcədə qorxu hissi keçirdiklərini nümayiş etdirdi.

Əziz Sahiboğlu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
411

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 01:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru