Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2015
09:17
121
Azərbaycanda balıqların da çəkisi süni şəraitdə artırılacaq - FOTO

Azərbaycanda daha böyük kütləyə malik əmtəə balıq növlərinin süni şəraitdə yetişdirilməsi üçün təcrübi işlərə başlanılıb. Artıq bəzi müəssisələr balıqların kütlələrinin artırılmasına imkan verən bu layihə ilə maraqlanaraq müqavilə bağlamağa hazırlaşırlar.

Bu sözləri Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi işçisi Vidadi Yusibov deyib.

Onun sözlərinə görə, institutun Mingəçevir elmi-təcrübə laboratoriyasında çəki (Cyprinus caprio), ağ Amur (Hypophtalmichthys molitrix), əlvan qalınalın (Ctenopharyngodon idella) əmtəə balıq növlərinin yetişdirilməsinə başlanılıb. Bunun üçün laboratoriyanın ərazisində ümumi sahəsi 2660 kvadratmetr olan, təbii şəraitə maksimum uyğunlaşdırılmış altı torpaq olan 6 ədəd süni göl yaradılıb.

V.Yusibov bildirib ki, təcrübə şəraitində olan balıqların çəkiləri təbii şəraitdə olduğundan daha çox olur. Onun sözlərinə görə, 2-3 il ərzində təcrübə laboratoriyasında intensiv qidalandırılmaqla çəki balığının kütləsini 3 kiloqrama, ağ Amur, əlvan qalınalının kütləsini isə 4-5 kq-a qədər çatdrımaq mümkündür: “Təbiətdə balıqlar kifayət qədər yem əldə edə bilmirlər. Üstəlik, müəyyən xəstəliklər onlara təsir edir ki, bu da balıqların böyüməsinin qarşısı alır. Amma burada steril şərait yaradılmaqla balıqlar kənar təsirlərdən uzaqlaşdırılır. Məqsədimiz daha az müddətdə daha böyük kütləyə malik balıq əldə etmək və əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin olunmasına töhfə verməkdir. Bu, eyni zamanda tam fərdi qidalarla qidalanma nəticəsində ekoloji təmiz məhsulların əldə olunmasına imkan verəcək”.

Elmi işçi deyib ki, bu balıqlar süni şəraitdə yetişdirilsə də, onları broyler balıqlar hesab etmək olmaz. Çünki bu balıqlar təbii qidalarla qidalanırlar: “Broyler toyuqların qidalanması fərqlidir və onlar çox az müddətdə böyüyürlər. Bunlar isə təbii şəraitdə yetişdirilən balıqlardır. Onların ətlərinin keyfiyyəti də çox yaxşı olur, dənizdə, çayda yaşayan balıqların ətinin keyfiyyətindən ciddi şəkildə fərqlənmir”.

Çəki balığının yerli faunamızın növlərindən biri olduğunu deyən V.Yusibov qeyd edib ki, ağ Amur, əlvan qalınalın iqlimləşdirmək məqsədilə 1960-cı illərdə Amur çayı hövzəsindən gətirilərək Azərbaycanın su hövzələrinə buraxılsa da, onlar indiyədək iqlimləşməyiblər: “İqlimləşmə o halda baş verir ki, gətirilmiş növ özü həm çoxala, həm də su hövzələrində yaşaya bilsin. Amma bizim ölkənin su hövzələrində olan temperatur şəraiti onların təbii yolla çoxalmasına imkan vermir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1196

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1363

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1815

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1112

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1461

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1196

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1808
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 00:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru