Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2015
12:02
Rusiya kəşfiyyatı Azərbaycandan İŞİD-ə pul köçürmələrini qeydə aldı

Rusiya xüsusi xidmət orqanları Azərbaycandan İŞİD terror qruplaşmasına pul köçürmələrini qeydə alıb.

Bu haqda "İzvestiya" qəzeti yazır.

Qəzetin İŞİD-in maliyyə qaynaqlarının kəsilməsi üçün göstərilən səylərdən bəhs edən məqaləsində deyilir ki, noyabrın 18-də prezident Vladimir Putin bu məqsədlə xüsusi komissiya yaradıb.

Türkiyədə keçirilən G20 sammitində isə Putin deyib ki, Rusiyanın əldə etdiyi məlumatlara görə, terrorçulara maliyyə 40 ölkədən daxil olur.

Və belə ölkələrin arasında Rusiyanın özünün də yer aldığı dəqiqdir. "Rosfinmonitorinq"dən "İzvestiya" qəzetinə daxil olan məlumatlara əsasən 2013-2014-cü illər ərzində Rusiyanın 80 regionundan 3500-ə yaxın rusiyalı terrorçu qruplaşmalara pul vəsaitləri göndərib. Bu il isə xüsusi xidmət orqanları İŞİD-ə 300 milyon rubl göndərildiyini qeydə alıblar.

Rusiya xüsusi xidmət orqanları müəyyən edib ki, İŞİD-ə yardımın toplanılması əsasən sosial şəbəkələr üzərindən həyata keçirilir. Pullar sürətli pul köçürmələri sistemləri üzərindən ötürülür. Maliyyə araşdırmaları göstərir ki, pul vəsaitlərinin xeyli hissəsi münaqişə zonalarına yaxın ölkələrdə nəğdləşdirilir. Hazırda Rusiya xüsusi xidmət orqanları Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belçikanın maliyyə kəşfiyyatlarının iştirakı ilə bir sıra maliyyə araşdırmaları aparır.

Eyni zamanda İŞİD-ə bağlı olan şəxslərin aşkara çıxarılıb zərərsizləşdirilməsi üçün MDB ölkələri ilə birgə əməliyyat hazırlanır.

"İŞİD-in fəaliyyət zonaları ilə həmsərhəd olan ölkələrə pul köçürmələri sistemi ilə ötürülmüş maliyyə vəsaitlərinin analizi aparılır. İlkin analizə görə, biz əhəmiyyətli həcmdə əməliyyatların həyata keçirildiyini görürül. MDB ölkələrindən birinci yerdə Qazaxıstandır, ikinci Azərbaycandır, üçüncü yerdə isə Türkmənistan gəlir"- "İzvestiya"ya danışan mənbə qeyd edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bir gün əvvəl terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin sərtləşdiriməsinə dair fərman imzalayıb.

Azərbaycan Mərkəzi Bankı da terrorçuluqla məşğul olan şəxslərə maliyyə ötürülməsinə qarşı mübarizəni gücləndirib.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43800

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42100

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43712

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43168

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48693

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43150

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43561
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 12:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru