Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2015
16:00
Azərbaycanda dəfn mərasimlərinin icrası üçün maliyyə vəsaiti veriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırladığı “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfn mərasimlərini həyata keçirmək üçün insanlara maliyyə vəsaitinin verilməsi də daxil edilib.

Bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, qeyd edib ki, layihədə gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə insanlara dəfn mərasimlərini həyata keçirmək üçün vəsaitin verilməsi məsələsi də öz əksini tapıb: "Burada söhbət yardım göstərməkdən gedir. Bu vəsait ehsan vermək üçün deyil, dəfni icra etmək üçün nəzərdə tutulur”.

Komitə sədri əlavə edib ki, layihədə məzarlıqlarla bağlı bir çox məsələlər – məzar yerlərinin ayrılması, onların ölçüləri, büstü, onların ölçüləri, qəbirlərarası məsafələr, qəbiristanlıqla yaşayış məntəqələri arasında məsafələr, dəfn mərasimləri, qəbiristanlıqda dəfn mərasimlərinin icrası və s. öz əksini tapıb.

M.Qurbanlı deyib ki, məzarların saxlanılması və s. üçün nəzərdə tutulan rüsumun məbləği çox cüzi olacaq: “Rüsumun məbləği qərar layihəsində göstərilməyib. Ancaq söhbət çox da böyük rüsumlardan getmir. Əgər şəhid ailəsi, şəhid olan vətəndaş, kimsəsiz insan olacaqsa, ona görə heç bir rüsum olmayacaq. Bu cür hallar layihədə nəzərə alınıb”.

Qərar layihəsinə pullu qəbiristanlıqların yaradılması məsələsinin daxil edilməməsinin səbəbini iki əsas amillə izah edən M.Qurbanlı deyib ki, İslamda “pullu qəbiristanlıq” anlayışı yoxdur. Bu məsələ Azərbaycanın qanunlarında da öz əksini tapmayıb: “Hesab edirəm ki, məzarlıqlar pullu ola bilməz. Məzarlıqlar vətəndaşlara pulsuz verilir və bundan sonra da belə olmalıdır”.

M.Qurbanlı hazırda qərar layihəsinə Nazirlər Kabineti tərəfindən baxıldığını da deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15662

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14337

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15756

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15349

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20722

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15239

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15384
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 18:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru