Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2015
11:56
Futbol azarkeşlərimizi qınayanlara qısa xatırlatma

Noyabrın 17-də Azərbaycan və Moldova milliləri arasında keçirilən yoldaşlıq oyununda baş verən azarkeş etirazı ilə bağlı sosial şəbəkələrdə özlərini humanist, vətənpərvər, demokrat adlandıranlar nə gəldi yazırlar. Hətta təhqir belə edirlər. Səbəb isə çox sadədir: Fransada baş verən terror aktı ilə əlaqədar bir dəqiqəlik sükutu fitə basıblar.

Tamam, başa düşdük. Azarkeşlər bütün dünyada qəbul edilmiş prosedura məhəl qoymayıblar, gərək belə etməyəydilər. Amma bu onu deməyə əsas vermir ki, özlərini humanist göstərənlər, guya bununla vətəninin adının ləkələndiyini iddia edənlər, öz vətəndaşlarını aşağılamalı, təhqir etməlidir.

Amma bəlkə bunu etməyə azarkeşlərimizin haqqı da var? Niyəsi çox sadədir. 

Xatırladım. 

Ötən il iyul ayının sonları avqustun əvvəlində cəbhədə baş verən qanlı toqquşmalarda 8 Azərbaycan əsgəri şəhid olmuşdu. Həmin ərəfədə, yəni 6 avqust tarixində “Qarabağ” komandası UEFA Çempionlar Liqası çərçivəsində “Zalsburq”la oyuna çıxacaqdı. Son oyunu ilə azarkeşlərinə və ölkəmizə qələbə sevinci yaşadan Ağdamın “Qarabağ” klubu da rəsmi şəkildə xalqımıza başsağlığı mesajı yayımlamış və komandanın Avstriyada keçiriləcək cavab qarşılaşmasında oyunu 1 dəqiqəlik sükutla başlamaq niyyətində olduğunu, eləcə də qara formada və qara sarğıda çıxış etmək istədiklərini bildirmişdi. Hətta bununla bağlı UEFA-ya rəsmi şəkildə müraciət də edilmişdi. Avropa futbol qurumu isə “yox” cavabını vermişdi. Hələ üstəlik bildirmişdi ki, “bu siyasi məsələdir və futbola heç bir aidiyyəti yoxdur.”

Maraqlıdır, necə olur ki, Fransa və eləcə də Qərb dövlətlərinin apardıqları işğalçılıq siyasəti nəticəsində çirkin oyunlara alət olaraq yaradılan İŞİD terrorçularının qətliamı siyasi olmur, amma elə həmin Fransanın cani dildən dəstəklədiyi Ermənistanın işğal altında saxladığı Qarabağımızda 8 əsgərimizin şəhid edilməsi siyasi olur? Başqa dillə desək, sizin ölünüz ölüdür, bizimki yox? 

Bunu sadəcə xatırlatdım ki, tarixi unutmayasınız. Millətçilik, humanistlik, vətənpərvərlik də edəndə kiminsə aləti olmayın, küyə düşməyin, özünüz qərar verin.

Necə deyərlər, “Heç kim unudulmur, heç nə yaddan çıxmır”.

Aqil Mehdi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
411

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 00:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru