Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2015
09:41
272
İŞİD sıralarına qoşulmaq istəyən AZƏRBAYCANLI Rusiyada yaxalandı - FOTO

Rusiyada İŞİD sıralarına qoşulmaq istəyən azərbaycanlı yaxalandı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsi İŞİD sıralarına qoşulmaq istəyən azərbaycanlı gənci yaxaladıqları barədə məlumat yayıb.

FTX-nın yaydığı məlumatda İŞİD sıralarına qoşulmaq niyyətində olan İvanov vilayətinin iki sakinin saxlanıldığı bildirilib. Onlardan birinin azərbaycanlı olduğu qeyd olunub.

FTX tərəfindən yaxalanan azərbaycanlı barədə ivanovonews.ru saytı məlumat yayıb. Saytda şərti adı "Əli" kimi qeyd olunan azərbaycanlı gəncin İvanovo şəhərində yerləşən kolleclərdən birinin tələbəsi olduğu bildirilib. Dini-ekstremist baxışları olan həmyerlimiz Suriyaya gedərək qanunsuz silahlı qruplaşmalar tərkibində iştirak etməyi planlaşdırırmış. Onun "Vkontakte" sosial şəbəkəsində tanışları ilə Suriyada baş verən hadisələr, ölkənin mücahidlər tərəfindən ələ keçirilməsi barədə yazışmalarda müzakirələr apardığı məlum olub. Həmin yazışmalarda azərbaycanlı gəncin İŞİD terror təşkilatına münasibətinin müsbət olduğu müəyyən olunub.

"Əli" yoldaşları ilə yazışmalarında 2015-ci ilin aprelində Suriyaya getməyi planlaşdırdığını bildirib. Bu fikrin azərbaycanlı gəncdə internetdə Suriya ərazisindəki vəziyyətə və İslam dini haqqında materialları müntəzəm olaraq izlədikdən sonra meydana gəldiyi qeyd olunub. O, hətta "VK" sosial şəbəkəsində öz qrupunu da yaradıb. Həmin qrupa dini materiallar yerləşdirib. Daha sonra həmin qrupa digər regionlardan onunla həmfikir olan daha iki nəfər qoşulub. Qrupda ekstremist və terrorçu xarakterli videomateriallar yerləşdirilib.

Hüquq-mühafizə orqanlarına ifadə verən azərbaycanlı gənc bu mövzu ilə maraqlandığından peşman olduğunu deyərək, təcrübəsiz, hər şeyə inanan və gənc yaşda olduğunu bildirib. Hazırda azərbaycanlı gəncin kollecdə təhsilini davam etdirdiyi qeyd olunub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsinin rəsmi xəbərdarlığından sonra valideynləri tərəfindən azərbaycanlı gəncin üzərinə ciddi nəzarət qoyulub. Onun hansı saytlara girdiyi, kimlərlə söhbət etdiyinə ciddi nəzarət olunur.

FTX İvanov vilayətinin İŞİD-a qoşulmaq istəyən digər sakinini isə "Domodedovo" aeroportundan Qətərə uçmaq istəyərkən saxlayıb. Onun İslamı qəbul etmiş İvanovda yerləşən ali məktəb tələbəsi olduğu bildirilib.

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1440

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
410

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
161

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1159

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
950

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2296

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
997
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 05:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru