Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2015
19:50
434
Nazir Azərbaycanda ov edən ərəb şahzadəsindən danışdı - FOTO-VİDEO

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov məsələlərinə ciddi nəzarət edir”. Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzarət altında tənzimlənən ov hətta biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir: “Tutaq ki, insan fəaliyyəti nəticəsində balans pozulub, hansısa növ çoxalır, təbiətdə onun düşməni yoxdur və ya azalıb, məhv olub. Nəticədə təbiət onu tənzimləmir. Ov metodu ilə bunu tənzimləmək olur. Məsələn, Azərbaycanın şimal qərb zonasında Böyük Qafqazın şimal qərb ətəklərində yaxşı bir ovçuluq təsərrüfatı yaradılıb. Ona görə də dağ keçilərinin ovuna gələn ovçular effektli ov apara bilər. Eyni zamanda, paradoks da olsa həmin ərazilərdə heyvanların sayı artır. Çünki yaxşı nəzarət edirlər, qoruyucu tədbirlər görürlər, yerli əhali ilə izahat işi aparırlar. Amma başqa hallar da olur. Biz onun tərəfdarıyıq ki, bütün bu hallar Azərbaycan qanunlarına, Azərbaycan adət-ənənələrinə, o cümlədən ov sahəsində hörmətlə yanaşmaqla müşahidə olunsun, lisenziya əsasında aparılsın. Lap ərəb şahzadəsi də gəlsin, Afrikanın şahzadəsi də gəlsin, kim istəyir gəlsin. Amma onlar da bu işi qanun əsasında görməlidir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1761

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
194
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 01:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru