Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2015
14:36
Azərbaycana könüllü təslim olmuş erməni əsgər geri qaytarılıb - FOTO

Təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

 

BAXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlıgıinda baş verib.

 

BQXK saxlandığı dövr ərzində bu şəxsə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirib və ailəsi ilə əlaqə yaradılmasında yardimçı olub.

 

Azərbaycan tərəfinin qərarından sonra BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində bu qaytarılmanın həyata keçirilməsinə yardımçı olub. Əməliyyatdan əvvəl BQXK-nın nümayəndələri bu hərbi əsirə baş çəkərkən o, geri dönmək arzusunu bildirib.

 

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq, BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

 

Qeyd edək ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42731

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41085

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42659

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42159

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47652

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42106

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42471
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 06:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru