Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2015
14:23
170
Azərbaycanda uşaqların internet təhlükəsizliyi məsələsi yenidən gündəmə gətirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internet təhlükəsizliyinin qorunması üçün təkliflər hazırlamağa başlayıb.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

Komitə sədrinin müavini qeyd edib ki, uşaqların internet təhlükəsizliyinin qorunması üçün internet klublarda onlar üçün ayrıca filterləşdirilmiş proqramları olan kömpüterlərin istifadəyə verilməsi, klublarda müşahidə kameralarının qurulması, evlərdə uşaqların filterləşdirilmiş proqramları olan kompüterlərdən istifadə edilməsi daha yaxşı olar.

A.Sofiyeva bildirib ki, məktəblərdə artıq proqramlar filterləşdirilib və orada şagirdlər lazım olmayan saytlara daxil ola bilmirlər. A.Sofiyeva valideynlərə də tövsiyə edir ki, onlar evlərdə filterləşdirilmiş proqramlardan istifadə etsinlər. Bununla yanaşı, valideynlər evdə uşaqların istifadə etdiyi kompüterləri otaq qapısı ilə üzbəüz istiqamətdə yerləşdirsənlər: “Bu halda onlar otaq qapısı açılanda birbaşa kompüteri görə bilərlər. Daha yaxşı olar ki, kompüter böyüklərin də olduğu əsas istifadə otağında olsun, kompüter daim nəzarətdə saxlanılsın”.

Hələlik bu məsələlərlə bağlı komitə tərəfindən müzakirələrin aparıldığını deyən A.Sofiyeva qeyd edib ki, dünyada informasiya texnologiyalarının inkişafı ailələrə də müəyyən problemlər gətirir.

Onun sözlərinə görə, bu gün istər narkomaniya, istərsə də insan alveri istiqamətində müəyyən cinayətkar qruplar məhz internet vasitsilə uşaqları öz qurbanlarına çevirirlər.

A.Sofiyeva qeyd edib ki, uşaqların internet təhlükəsizliyinin təminatı baxımından əsas məsuliyyət valideynlərin üzərinə düşür: “Bu gün bizdə ən böyük problem odur ki, assosiallaşma prosesi gedir. Əvvəllər valideynlər uşaqlarla daha çox ünsiyyətdə olurdu. Ailədə uşaqlara diqqətin müəyyən qədər az olması çox böyük faciələrə gətirib çıxarır. Təəsüüflər olsun ki, bu gün bu məsələlərdə müəyyən boşluq olduğundan uşaqlar onları maraqlandıran suallara cavabları sosial şəbəkələrdən tapırlar. Cinayətkar qruplar da məhz bu boşluqdan istifadə edərək uşaqları öz qruplarına cəlb edirlər. Buna görə də bu məsələdə ən vacib məsələ valideynlərin gözüaçıq olmasdır”.

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

24

Sentyabr
12:40
ÖLKƏ
103

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

24

Sentyabr
11:41
AİLƏ, SAĞLAMLIQ
95

Müflis olmus banklar əmanətləri qaytarcaq

24

Sentyabr
11:00
İQTİSADİYYAT
203

Ermənilərin vurduğu Raminin - Fotoları

24

Sentyabr
10:56
ÖLKƏ
145

Beyin niyə yuxunu "silir"?

24

Sentyabr
10:45
AİLƏ, SAĞLAMLIQ
102

Şamaxıda baş verən yol qəzasında 1 nəfər ölüb

24

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
113

Bakı polisi təlimlərə cəlb olunur

24

Sentyabr
10:07
HÜQUQ,HADİSƏ
129

Sizdə də qanazlığı ola bilər: NƏ ETMƏLİ?

24

Sentyabr
09:58
AİLƏ, SAĞLAMLIQ
167

Xarici valyutaların manata qarşı məzənnələri

24

Sentyabr
09:42
İQTİSADİYYAT
129

24 sentyabr tarixinə olan valyuta məzənnələri

24

Sentyabr
09:30
İQTİSADİYYAT
114
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 13:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru