Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2015
10:11
Azərbaycanda dəyirmanlara maraq kəskin azalıb - VİDEO

Əvvəllər kənd sakinləri un almaq üçün dəyirmanlara müraciət edirdilər. Hazırkı dövrdə isə dəyirmanda buğda üyüdüb un əldə edənlərə çox az rast gəlinir. Əksər insanlar satışdan hazır un almağa üstünlük verir.

Quba rayonu Vəlvələçay kənd sakini Ramazan Məmmədov uzun illərdir qablaşdırılmış hazır un almır. Ailəsinin bu məhsula olan tələbatını hər ay dəyirmanda buğda üyütməklə ödəyir. Kənd sakininin sözlərinə görə, dəyirmanda hazırlanan un daha keyfiyyətli olur. Həm də maddi cəhətdən sərfəlidir. Çünki vəsait az xərclənir. Buğda dəyirmanda xüsusi avadanlıqlar vasitəsilə hissələrə ayrılır. 100 kiloqramlıq buğdanın una çevrilməsi üçün 8 dəqiqə vaxt lazım gəlir. 15 ilə yaxındır dəyirmançı işləyən Ramin Cəfərov deyir ki, əvvəlllər buğda üyüdüb un əldə edənlərin sayı çox olub. Amma bu gün dəyirmana müraciət edənlərin sayı barmaqla sayılacaq qədərdir. Kənd sakinləri əkdiyi buğdanı burada una çevirməyə üstünlük verir. Çünki, üyüdülən buğdadan undan başqa, mal-qara üçün kəpək və yarma əldə olunur. Bu da kənd caamatının cibinə münasibdir.

Dəyirmançı gün ərzində 1 tona yaxın taxıl üyüdür. Əldə olunan un 1-ci, 2-ci və 3-cü növlərə ayrılır. Dəyirmanda üyüdülən undan hazırlanan çörək və digər məmulatlar xüsusi dadı və ətri ilə seçilir. 100 kiloqram taxıl üyütmək üçün 3 manat xərcləmək lazımdır.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43805

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42100

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43712

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43168

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48698

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43150

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43561
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 13:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru