Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2015
15:05
Bir karikaturanın həqiqəti

İnsanın insanlığı uğrunda mübarizə aparıb özünü kəşf etməsi, yaradılışın əsas səbəblərindən biridir.
Nə qədər ki, insan özünü tapmaqda acizdirsə, bir o qədər də özünü sevən, təkəbbürlü, haqqı danıb öz  düşündüyünü inadla müdafiə edən və bu kimi digər insanlığa yad olan sifətlərə malik olur.
Ötən cümə günü Fransanın paytaxtında baş verən terror hadisəsi hamı kimi məni də narahat etdi. Heç kəs deyə bilməz ki, Fransa hökuməti bu terrorçuları Suriyada dəstəklədiyi üçün adi fransızların da qırğın edilməsi təqdirəlayiqdir. Belə bir fikir özünə insan adı qoyan varlığın əsl mahiyyətinə ziddir.
Ancaq məsələnin ürəkağrıdıcı tərəfi təkcə bu kimi vəhşiliklərlə ölçülməməlidir. Zənnimcə, insan olan hər kəs baş verən hadisədən sonra sərgilənən rəftarları araşdırmalıdır. Əgər terrorçuluq insanlığa zidd olan bir vəhşilikdirsə, insanlara və günahsız yerə öldürülən Adəm övladına fərqli baxış sərgiləmək də vəhşiliyin görünməyən tərəfidir.
Hər gün Suriyada qırılan insanların sayı ilə Parisdə qətliam edilənlərin müqayisəsi barədə düşünmək belə yersizdir. Söhbət bundadır ki, nəyə görə, Suriyada elə eyni terrorçular tərəfindən öldürülən yüz minlərlə insanların naminə səs çıxarılmır, terror lənətlənmir, bu ölkənin bayrağı social şəbəkələrdə profil şəklinə çevirilmir, hətta kiçicik də olsa anılmır?! Deməli, digər insanların taleyinə, qətliamına biganə qalaraq fransız qanını müqəddəs tutan üzdəniraq humanist insanlar əslində İŞİD təfəkküründən heç də geri qalmırlar. Çünki İŞİD də insanlar arasında fərq qoyur və malik olduğu bu düşüncədə inadkardır.
Özlərini millətçi, humanist və gözəgirən sifətlərə malik bilənləri heç cür anlaya bilmirəm. Əgər humanist və insanpərvərsənsə Suriyada, İraqda, Yəməndə, Liviyada, Fələstində, Afrikada və digər yerlərdə ölənlərə də ağlamalı və anım mərasimləri keçirməlisən. Əgər özünü millətçi sayırsansa, illərdir torpaqlarımızın işğal altında qalmasına baiskar ölkələrdən birinin də Fransa olduğunu unutmamalısan. Bütün bunlara rəğmən, adıçəkilənlərin Fransa hadisəsi ilə bağlı timsah gözyaşı tökməsinin arxasında nə durur, onu özünüz fikirləşin.
Baş verən Fransa olayı ilə bağlı facebook-da tanınımış müxalifət partiyalarının bir fəalının status paylaşaraq, “terrorçular insanları qırğın edərkən nə söyləyirdilər, “Allahu əkbər!”” yazması, əvvəldə qeyd etdiyim tezisi bir daha sübut etmiş olur. “Allahu əkbər” bir sözdür, onu aldadılmış gənc, ingilis, təxribatçı və hər kəs söyləyə bilər. O, sözü aləmlərə rəhmət peyğəmbəri kimi göndərilən, Məkkəni fəth edərkən müşriklərə, “bu gün mərhəmət günüdür, qəzəb günü yox”, - deyən Həzrət Məhəmməd də söyləmişdir. Necə ki, Quranın “Maidə” surəsnin 97-ci ayəsində buyurulur: “Hər kəs günahsız yerə bir insanı öldürərsə, sanki bütün insanlığı öldürmüşdür.”
Hadisələrin ardıcıllığına baxdıqda bu cinayətkarları Qərbin yetişdirdiyi aydın görünmürmü? Fransada terror törədən İŞİD-çilərin bəhrələndiyi vəhhabilik 17-ci əsrdə məhz müsəlmanlar arasında təfriqə toxumu səpib, onları bir-birinə qırdırmaq üçün İngiltərə kəşfiyyatı tərəfindən yaradılmayıbmı? Bu firqə çirkinlikləri İslamın adı ilə yaymaqla məşğul deyilmi? Yəni, “Allahu əkbər”, - deyib İslam ağacının kökünü kəsmirlərmi?
Terrorun əsas mənşəyinin tarixən məhz mədəni saydığımız Avropa və qərblilər tərəfindən qoyulub. Bunun sübuta ehtiyacı yoxdur, aksiomadır. Bütün Avropanın tarixini vərəqləməyə ehtiyac yoxdur, elə Fransanın öz tarixinə baxsaq, kifayət edər. Özü də Avropa ölkələrinin törətdiyi terror ayrı-ayrı qrup şəklində deyil, dövlət olaraq soyqırımı şəklində törədilib.  
Bütün bu tarixi faktlara göz yumub, islamafob düşüncə ilə məsələyə baxmaq, yuxarıda qeyd etdiyimiz, yəni özünü bir insan kimi sübut edə bilməyən varlıqlara aiddir.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Əziz Sahiboğlu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
411

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 00:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru