Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2015
12:40
242
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

 

Havanın temperaturu gecə 6-9, gündüz 9-12 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

 

Noyabrın 17-si günün ikinci yarısından 18-i günün ikinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli artması, güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, sonrakı iki gündə meteoroloji amillərin zəif və mülayim tərəddüdü müsbət amildir.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1761

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
194
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 01:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru