Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2015
10:16
216
İran səfiri: Azərbaycanın ziyalı və müdrik xalqına təşəkkür edirəm...

“İran televiziyasında efirə gedən verilişdə hazırlanan yumor və deyilən sözlər xoş deyildi".

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran televiziyasında efirə gedən verilişdə azərbaycanlıların təhqir olunması və İrandakı azərbaycanlıların buna etirazına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, qəsdən edilməyi, "Fitilə" proqramında səhvə yol verilib: "Bu proqram 10 ildir, nümayiş olunur, yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulub. Veriliş heç bir halda İranda yaşayan etniklərə, o cümlədən azərbaycanlılara hörmətsizlik etmək fikrində olmayıb. Hətta proqramı hazırlayan və efirə verən də Azərbaycan dillidir. Verilişdən sonra o, İran televiziyasında Azərbaycan dilində çıxış edərək azərbaycanlılardan üzr istəyib. İranın radio və televiziya təşkilatının sədri də bu hadisəyə görə üzrxahlıq edib.

Televiziyada olan digər məsul şəxslər üzr istəyərək bildiriblər ki, bu, qəsdən edilməyib, səhvən olub. Bu hadisə başqa ölkədə də baş verə bilər. Təəssüfləndirici hal bundan ibarətdir ki, üçüncü qüvvələrə bağlı olan qruplar bu hadisədən istifadə edib iki ölkə arasındakı münasibətləri korlamağa çalışdı və separatçı şüarlar səsləndirdi. Hətta bu gün də 30 nəfərlik kiçik qrup səfirliyin qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi, separatçı şüarlar dilə gətirdi. İran azərbaycanlılarının sayı 30 milyondan çoxdur. Onlar da bu verilişə görə narahatlıqlarını bildirdilər. Onlar heç zaman icazə verməzlər ki, hansısa qruplar bu məsələdən istifadə edib ambisiyalar irəli sürsün, İrana qarşı hər hansı separatçılıq iddiaları səsləndirilsin. Mən Azərbaycanın məntiqli, ziyalı və müdrik xalqına təşəkkür edirəm ki, kiçik qrupların elədiyi bu səs-küyə uymayıb, onların iddialarını heçə saydı". 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1437

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
408

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
152

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1157

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
948

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2293

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
995
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 02:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru