Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2015
14:41
252
“Facebook”da yeni funksiya işə salınıb

Fransa paytaxtı Parisdə baş verən terror aktlarından sonra “Facebook” sosial şəbəkəsi “təhlükəsizliyin yoxlanması” funksiyasını işə salıb. Yeni funksiya istifadəçiyə təhlükəsiz yerdə olduğu və ziyan çəkmədiyi haqda xəbər göndərməyə imkan yaradır.

Sosial şəbəkənin yaradıcısı və baş direktoru Mark Zukenberq yeni funksiya ilə bağlı ictimaiyyətə açıqlamasında deyib: “Adamların çoxu haqlı olaraq soruşur ki, “təhlükəsizliyin  yoxlanması” funksiyası niyə Beyrutdakı partlayışlardan sonra deyil, Parisdəki terror aktlarından sonra işə düşüb? Həmin funksiya yalnız təbii fəlakətlər üçün hazırlanmışdı, indi isə bu sistem başqa fəlakətlərə uyğunlaşdırılır. Bu məsələ ilə bağlı sualla müraciət edənlərin hamısına təşəkkür edirəm. Dünyada daha ağır münaqişələrin olduğunu deməkdə haqlısınız. Biz bütün insanların qayğısına eyni qaydada qalırıq və müxtəlif şəraitdə insanlara kömək etmək üçün mümkün olan işləri görəcəyik”.

Noyabrın 12-də Livanın paytaxtı Beyrutun cənubunda iki kamikadzenin bədəninə bağladığı partlayıcı qurğuları işə salması nəticəsində güclü partlayışlar baş verib. 40-dan çox adam həlak olub, 180 nəfər yaralanıb.

Noyabrın 13-ü axşam Parisin bir neçə küçəsində ard-arda terror aktları törədilib. 130-dan çox adam həlak olub. 350 yaralıdan 42-nin vəziyyəti ağırdır.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
212

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1827

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
364

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1287

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
433
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 01:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru