Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2015
12:43
158
Azərbaycanda sərnişinlərin təhülkəsizliyi necə qorunur?

Fransada baş vermiş terror hadisələri təhlükəsizlik məsələsini yenidən gündəmə gətirdi. Bəzi ölkələrdə vətəndaşlarının təhlükəsizliyini daha ciddi təmin etmək məqsədi ilə güc sturkturları və nəqliyyat sektoru gücləndirilmiş iş rejiminə keçib.

Bəs Azərbaycanda nəqliyyat sektorunda insanların təhlükəsizliyi necə tənzimlənir?

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qeyd edib ki, qatarların keçdiyi bütün ərazilərdə sərnişinlərin təhülkəsizliyi ən yüksək səviyyədə qorunur.

Onun sözlərinə görə, bilet alışı onlayn rejimdə həyata keçirilərkən şəxsiyyət vəsiqəsi ilə sərnişinin kimliyi yoxlanılır. N.Əzməmmədov qeyd edib ki, bununla yanaşı qatarlarda yüklərə də ciddi baxış həyata keçirilir: "Nəinki sərnişin qatarlarında, həmçinin yük vaqonlarında da ciddi təhlükəsizlik tədbirləri görülür. Dəmir yolu xətlərinin keçdiyi bütün körpülərdə mühafizə fəaliyyət göstərir. Ona görə də qatarlardan istifadə edən sərnişinlərin təhlükə ilə rastlaşması mümkünsüzdür. Yaxın gələcəkdə isə dəmir yolu xətlərində təhlükəsizlik baxımından vacib olan müşahidə kameraları da quraşdırılacaq".

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) daima sərnişinlərin təhükəsizlik məsələlərinə çox ciddi nəzarət edilir. Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, metro strateji obyektdir və hər zaman sərnişinlərin təhlükəsizliyi qurum üçün birinci dərəcəli vacib məqamdır: "Bakı Metropolitenində Daxili İşlər Nazirliyinə tabe olan polis şöbəsi fəaliyyət göstərir. Polis əməkdaşları təhlükəsizlik məsələlərinə çox ciddi nəzarət edirlər. Eyni zamanda, "Bakı Metropoliteni" QSC-nin mühafizə xidməti var. Bu əməkdaşlar tərəfindən də sərnişinlərin təhlükəsiz mənzil başına çatmasına ciddi nəzarət edilir. Metronun hər bir nöqtəsini nəzarət altında saxlayan müşahidə kameralarımız var. Müşahidə kameraları vasitəsi ilə bütün hərəkət nəzarət altında saxlanılır. Aparılan bu işlər nəticəsində metroda sərnişinlərin həyatı üçün təhülkə yaradacaq hal yoxdur".

Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə silsilə terror hadisələri baş verib. Terror aktları nəticəsində təqribən 130 nəfər ölüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sentyabrın 19-ya aid hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
62

Qubada "Azərişığ"ın maşını aşıb

18

Sentyabr
12:49
HÜQUQ,HADİSƏ
64

Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

18

Sentyabr
12:39
HÜQUQ,HADİSƏ
148

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
66

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
184

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
139

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
153
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 13:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru