Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2015
09:58
Azərbaycanda gəmiricilər çox olan rayonlar – SİYAHI

Azərbaycanda siçanabənzər gəmiricilərə qarşı aparılan kimyəvi mübarizə tədbirləri bu ilin noyabr ayında da davam etdirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin verdiyi məlumata görə, Dövlət Xidməti tərəfindən noyabr ayı ərzində siçanabənzər gəmiricilərin say miqdarını müəyyən etmək məqsədilə ölkə üzrə ümumilikdə 47662 hektar sahədə müşahidə aparılıb və 25381 hektar sahədə gəmiricilərlə sirayətlənmə qeydə alınıb: "Zərərvericilərin sayı İqtisadi Ziyanvurma Həddindən (İZH) yüksək olan 7214 hektar sahədə dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilib".

Dövlət Xidməti rəisi qeyd edib ki, siçanabənzər gəmiricilərin yayılması daha çox Ağdam, Qəbələ, Şəki, Ağcabədi, Tər-Tər, İsmayıllı, Qusar, Quba, Balakən, Zaqatala və Şamaxı rayonlarında qeydə alınıb və kimyəvi mübarizə tədbirləri görülüb.

Onun sözlərinə görə, cari ildə yem ehtiyatlarının artması və iqlim şəraitinin əlverişli olması səbəbindən siçanabənzər gəmiricilərin populyasiyasında ötən ilə nisbətən artım müşahidə olunur:

"Eyni zamanda, işğal altında olan ərazilərdən həmsərhəd rayonlara gəmiricilərin miqrasiyası müşahidə olunur". Camal Quliyev zərərvericilərə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolunun böyük olduğunu diqqətə çatdırıb: "Əkin sahələri vaxtında şumlandıqda, becərildikdə, suvarıldıqda, məhsul vaxtında və itkisiz yığıldıqda, yuvalarda olan gəmiricilər məhv olur. Dövlət Fond torpaqlarında fitosanitar balansın pozulmasında siçanabənzər gəmiricilərin xüsusi rola malik olduğunu, 2015-ci ildə onların çoxalması üçün əlverişli şəraitin yarandığını nəzərə alan Dövlət Xidməti gəmiricilərin artım dinamikasına nəzarət edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirir və fitosanitar sabitliyi qoruyub saxlayır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12346

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11036

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12494

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12083

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17430

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
11881

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12065
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2020 23:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru