Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2015
16:06
523
Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

1 oktyabr 2015-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,730.9 milyon ABŞ dolları (7,054 milyon manat) təşkil edir. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Rəsmi məlumatda qeyd olunur ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12.4 faiz təşkil edir. Borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Borc vəsaitlərinin 8%-i 10 ilə qədər, 58.6%-i 10 ildən 20 ilə qədər, 33.4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

1 oktyabr 2015-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə - 66 faiz, avro - 20.3 faiz, yapon yeni - 2.6 faiz, İslam dinarı - 0.6 faiz, BƏƏ dirhəmi - 0.5 faiz, Səudiyyə rialı - 0.4 faiz, Küveyt dinarı - 0.2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
241

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
231

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
135

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
105

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
104

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
223

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
265
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 19:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru