Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2015
14:40
225
Azərbaycanda bankların Mərkəzi Banka borcu kəskin artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı tələblərinin 8,2%-i və ya 317,544 mln. manatı cəmi 7 bankın payına düşür. Bu, "Bank of Baku", "Bank VTB (Azerbaijan)", "Kapital Bank", "Qafqaz İnkişaf Bankı", "Turanbank", "Silk Way Bank" ASC və "Accessbank" QSC-dir.

Bankların balans hesabatlarına əsasən, cari il oktyabrın 1-nə AMB-nın "Bank of Baku"ya qarşı tələbləri 40 mln. manat, "Bank VTB(Azerbaijan)" üzrə 10 mln. manat, "Kapital Bank"da 103,7 mln. manat, "Qafqaz İnkişaf Bankı"nda 60 mln. manat, "Turanbank"da 63 mln. manat, "Accessbank"da 10 mln. manat, "Silk Way Bank"da 31 mln. manat təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bankın "Paşabank" , "AFB Bank", "Azərbaycan Sənaye Bank" ASC-yə qarşı isə tələbi yoxdur. 

Mərkəzi Bankın hesabatına istinadən, 2015-ci il oktyabrın 1-nə AMB-nin banklara məcmu tələbləri 3 859,6 mln. manat təşkil edib. Bu da öz növbəsində ilin əvvəli ilə müqayisədə 2,6 dəfə, martın 1-i ilə (devalvasiyadan sonra) müqayisədə isə 2 dəfə çoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1438

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
409

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
155

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1158

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
949

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2294

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
996
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 03:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru