Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2015
13:56
320
Azərbaycan Həcc ziyarətinin təşkilində dəyişilik istəyir
"Səudiyyə Ərəbistanı kompromisə getməlidir. Çünki son yaşananlar bu problemin müzakirəsinin vacib olduğunu təsdiqləyir"

Bu il gerçəkləşdirilən Həcc ziyarəti zamanı Məkkədəki Mina vadisində izdiham nəticəsində 2110 nəfər həlak oldu. Qeyd edək ki, bu açıqlama Səudiyyə Ərəbistanı hökumətinin Həcc ziyarəti təşkili zamanı təhlükəsizlik problemlərinə həsr olunan görüşündən sonra verilib. Buna qədər Məkkədə 1990-cı ildə 1426 nəfər ölmüşdü.

Ziyarətdən sonra aparılan müzakirələr zamanı müsəlman dövlətlərinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammitlərinin birində Məkkəyə gerçəkləşən ziyarətlərdə ortaq nəzarət mexanizminin yaradılması təklifinin irəli sürüləcəyi açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bu məsələnin vacibliyini qeyd edib:

"Təəssüf ki, builki ziyarət böyük faciə ilə yadda qaldı. Bu faciənin əsas səbəbi məhz təşkilatçılıq işlərinin lazım olan səviyyədə görülməməsi idi. Ona görə də artıq Həcc ziyarəti bitdikdən sonra müsəlman dövlətləri bu mərasimin təşkilinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfindən reallaşdırması təklifini irəli sürdülər. Məncə, məsələ müzakirə oluna bilər".

Hacı Şahin məsələnin reallaşmasının vacibliyini vurğulasa da, qarşı tərəfin tez bir zamanda razılıq verəcəyinə ümidli deyil:

"Bir sıra dövlətlər təşkilatçılıq məsələlərində Səudiyyə Ərəbistanına kömək etməlidir. Bunu müsbət qarşılayıram. Amma təbii ki, Səudiyyə Ərəbistanı ərazisində keçirilən bir tədbirə başqa dövlətlərin yardımçı olmasını rahat qəbul etməz.

Ümumiyyətlə, neqativ halların aradan qaldırılması üçün təklif olaraq müzakirəsi mümkündür. Bu addım problemlərin aradan qaldırılması üçün təkan da ola bilər.

Hesab edirəm ki, Səudiyyə Ərəbistanı kompromisə getməlidir. Çünki son yaşananlar bu problemin müzakirəsinin vacib olduğunu təsdiqləyir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
256

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
328

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
391

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
860

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
496

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
476
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 09:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru