Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2015
12:07
İş adamlarının kabusuna çevrilən gömrük brokerləri

Xarici iqtisadi fəaliyyətin iştirakçısı olan sahibkarların şikayətləndirdiyi sahələrdən biri də gömrük brokerlərinin qanunsuz fəaliyyəti ilə əlaqədardir. Bu istiqamətdə mövcud olan əsas şikayətlər brokerlərin inhisarçıların təmsilçiləri kimi çıxış edərək azad sahibkar tərəfindən idxal olunan malları əvvəlcədən yasaqlamaqla ölkəyə buraxmaması və ya razılıq alınmadan gətirilmiş idxal mallarına məcburi gözləmə mövqeyi tətbiq etməklə azad sahibkarı əlavə xərcə salması, gömrük əməkdaşlarının brokerlərin “razılığını” ilə işləməsi və onlar vasitəsilə gömrük rüsumu və vergiləri adı ilə yığılmış vəsaitlərin büdcədən yayındırılmasıdır. Bir sözlə iş adamlarının kabusuna çevrilən bu qurum azad sahibkarlara əngəl yaratmaqla yanaşı həm də dövlət büdcəsinə ödənişlərin yayılmasına xidmət edirlər. Müxtəlif MMC adı altında fəaliyyət göstərən gömrük broker şirkətləri 5 il müddətinə fəaliyyətinə xüsusi razılıq (lisenziya) alırlar. İcazənin verilməsinə görə ödənişin məbləği 11000 manatdır. İcazəni verən icra orqanın adı Dövlət Gömrük Komitəsidir. 

Nazirlər Kabinetinin 17 saylı, 23 yanvar 2014-cü il tarixli qərarı ilə təsdiq olunan "Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar" a görə gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirmək istəyənlər Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almalıdırlar. Nazirlər Kabinetinin 207 saylı 19 sentyabr 2012-ci il tarixli qərarı ilə "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi" qaydalarə təsdiq edilib. Qaydalara görə, bu məqsədlə müraciət edənlərin müvafiq biliyə malik olub-olmaması Komitə tərəfindən müasir texnologiyalardan istifadə edilməklə, test üsulu ilə müəyyən edilir.

Maraqlıdır ki, hər iki qayda həm ixtisas atestatının və həm də xüsusi razılıq (lisenziya) verilməsi və ləğv edilməsi səlahiyyətlərini vahid mərkəzdə cəmləşdirirək Gömrük Komitəsinə verib. Bu isə o deməkdir ki, Gömrük Komitəsi istədiyi şirkəti broker seçə və istədiyi şirkətin lisensiyasını istənil vaxt geri ala bilər. Bu isə brokerlərin Gömrük Komitəsindən birbaşa asılılığını yaradır. Digər problem məsələ isə hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı 2 (iki) hüquqi şəxsə gömrük brokeri fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlıdır. Ötən ildən edilən bu dəyişiklik proqressiv olaraq iş adamlarının seçim imkan larını artırılmasına və gömrükdə inhasırçılığın aradan qaldırılmasına xidmət etsə də praktikada mövcud olan problemləri həll edə bilmədi. Odur ki, sahibkarın gömrük broker şirkətlərini seçim imkanının artırılması üçün hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə daha çox şirkəyə lisenziyanın verilməsi stimullaşıdırılması yolu ilə rəqbətli mühitin yaradılmasıdır. Əks tədqirdə inhisarçı şirkətlər "özəlləşdirdiyi" gömrük brokerləri vasitəsilə bazara girişdə hökmran mövqelərini saxlamayacaqlar. Digər tərəfdən həlli vacib olan məsələlərdən biri də gömrük brokerlərinin gömrük orqanlarından və yaxud əksinə gömrük orqanlarının gömrük brokerlərindən asılılığının aradan qaldırılmasıdır. Bunun üçündə də lisenziya və ixtisas attestatının verilməsi qaydalarında müvafiq dəyişikliklər edilməli, lisenziya verən mərkəzi icra hakimiyyəti orqanı icraçı orqan olmamalıdır.

Qubad İbadoğlu,

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
411

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 00:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru