Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2015
10:34
1974
Azərbaycanda mobil operatorlar gizli gəliri necə əldə edirlər...

Demək olar gün ərzində hər bir mobil operator istifadəçisinin nömrəsinə hansısa kampaniya, reklam xarakterli mesajlar daxil olur. Nəticədə daxil olan mesajı açan şəxs bəlkə də heç xəbəri və razılığı olmadan həmin reklama, yaxud kampaniyaya qoşulmuş olur. Beləliklə, yüklədiyi danışıq kartından hər dəfə müəyyən miqdarda vəsait tutulur. Təbii ki, bu, hər birimizin tanış olduğu situasiyadır. Mobil xidmət müştəriləri bu səbəbdən hətta deyinirlər: "İndicə kontur yükləmişdim, heç nə qalmayıb",  yaxud  "Bu konturlar hara gedir?".

Görəsən, bu formada vətəndaşlardan tutulan kontur vəsaitləri qanunauyğundurmu?  Əgər qanunsuzdursa, deməli, mobil operatorlar bu yolla qanunsuz gəlirlər əldə edirlər.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu tip məsələlər müqavilə ilə tənzimlənməlidir:

"Bu, vətəndaşlarla mobil operatorlar arasında və mobil operatorlarla həmin şirkətlər arasında olan razılaşmalar əsasında baş tutur. Biz buna kontent operatorlar deyirik, yəni bunlar kontent provayderlər sayılır. İndi əsas məsələ mobil operatorla istifadəçi arasında olan müqavilədir. Son dövrlər bu məsələyə diqqət daha çox cəlb edilir. Mobil telefona abonentin razılığı və istəyi olmadan gələn mesajların tənzimlənməsi məsələsi gündəmdədir. Ola bilər ki, hansısa mobil operatorla vətəndaşla arasında olan müqaviləyə görə bu tip reklam xarakterli mesajların vətəndaşdan xəbərsiz göndərilməsi öz əksini tapa bilər. Halbuki, indiki qanunvericiliyə əsasən bu artıq qanunsuzdur. Ona görə də mobil  operatorlar bu məsələ ilə əlaqədar kontent provayderlərlə olan müqavilələrini qanunvericiliyə uyğunlaşdırmalıdırlar. Yəni artıq qanunvericilik vətəndaşın razılığı və xəbəri olmadan hansısa mesajı göndərməyi qadağan edir. Eyni zamanda, operatorlara bunun qarşısını almaq üçün telefonlarında imkanlar yaradılmalıdır. Bəzi operatorlar artıq bunu ediblər. Qanunvericiliyə görə mobil operatorlar da bu cür məsələlərdə diqqətli olmalıdırlar. Çünki əks təqdirdə, bu birbaşa mobil operatorlarda  hüquqi məsuliyyət yarada bilər. Əgər qarşılıqlı müqavilə əsasında mobil operatorların xidmət müqavilələrində bu cür hallar nəzərdə tutulmayıbsa, təbii ki, bu açıq-aşkar vətəndaşın pulu hesabına hansısa mobil operatorun qanunsuz yolla varlanmasıdır. Bir məsələ də var, gəlin açıq etiraf edək ki, bizdə də günah var. Çünki biz çox zaman hansısa mobil operatorla müqavilə bağlayanda demək olar ki, müqavilənin şərtlərini diqqətlə oxumuruq və imza atırıq. Amma istənilən halda həmin mobil operatorlarla kontent provayder əsasında əməkdaşlıq edən bəzi şirkətlərin yenə qanunsuz şəkildə vətəndaşlara mesajlar göndərməsi faktları var.

Hüquqşünas Əliməmməd Nuriyev də qeyd edib ki, mobil operatorlar tərəfindən vətəndaşların telefonlarına bu tip mesajların gəlməsi qanunla tənzimlənir:

"Lakin çox vaxt görürük ki, bizim istəyimizdən asılı olmayaraq hansısa nömrədən mesaj və kampaniya xarakterli təkliflər gəlir. Təbii ki, bunların hamısı vətəndaşların hesabına mobil operatorların gizli gəlir əldə etməsinə münbit zəmin yaradır. Budan başqa, bu tip məsələlərin, yəni mobil operatorla bağlı neqativ halların medianın gündəmində az yer tutması, məncə, birbaşa mobil operatorların bəzi media orqanları ilə qeyri-rəsmi işgüzar əlaqələr və  münasibətlər qurmasından irəli gəlir. Elə buna görə də kimsə, yəni hansısa vətəndaş öz hüququnun hansısa mobil operator tərəfindən pozulması ilə bağlı məhkəməyə şikayət etsə belə, inanmıram ki, həmin şəxsin şikayəti təmin olunsun. Çünki bu gün mobil operatorlar o dərəcədə maliyyə və texniki imkanlara malikdirlər ki, hətta onlar məhkəməyə belə təsir edə bilərlər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1761

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
194
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 00:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru