Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2015
16:26
Nazir Əli Abbasov işdən niyə çıxarıldı? - SƏBƏB

Bu gün Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin Sərəncamı ilə işdən azad olundu. 

Belə olduqda sual yaranır, niyə çıxarıldı Əli Abbasov?

Bir neçə gün əvvəl xəbər vermişdik ki, Əli Abbasov vəzifədən azad edilib və yaxın günlərdə bu barədə Sərəncam imzalanacaq. Amma Rabitə və Yüksək Texnologiyalar Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov FaktXəbər-ə açıqlamasında məlumatı təkzib etmişdi: "Cənab nazirin işdən azad olunması haqda yayılan xəbərlər yalandır. Hazırda Əli Abbasov iş başındadır."

FaktXəbər-in məlumatına görə, nazir Ə.Abbasovun işdən çıxarılması barədəki şayiələrin belə sürətlə yayılmasına səbəblər isə yetərincə idi. Milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad olunduqda yayılan ilk versiya bu oldu ki, nazirliyin özbaşına rəhbəri qeyri-qanuni olaraq yüksək çinli məmurların telefonlarını dinlətdirirmiş və ayrı-ayrı sahibkarlardan hədə-qorxu yolu ilə külli miqdarda rüşvət tələb edirmiş. Əgər MTN hansısa vəzifəli şəxsin telefon danışıqlarını dinlətdirirsə, sözsüz ki, bundan Rabitə nazirinin də xəbəri olmalı idi.

Bu günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi”  İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olunudular. Məlum oldu ki, bu məmurların həbsi MTN-in sabiq rəhbəri Eldar Mahmudov ətrafındakı qalmaqal çərçivəsində həyata keçirilib. Və rabitə naziri Əli Abbasov da bu həbslərlə bağlı dindirilib. Nazir oktyabrın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb və Baş Prokurorluq əməkdaşları tərəfindən bir neçə saat ərzində sorğu-sual olunub.

Məlumata görə, Əli Abbasov bu qalmaqallı işə şahid kimi cəlb olunub və rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının həbsi ilə bağlı istintaq edilib.

Dəqiqləşdirilib ki, nazir Əli Abbasov müstəntiqlərin əsasən Vidadi Zeynalovun istintaqa verdiyi ifadələrlə bağlı suallarını cavablandırıb. İlkin məlumatlara görə, nazirliyin keçmiş Aparat rəhbəri V.Zeynalov nazir Ə.Abbasovun əleyhinə ifadə verib.

Amma Əli Abbasov mediaya açıqlamasında, "Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinə aid istintaq araşdırmaları aparılır", - deyə bildirdi. 

Ə.Abbasov qeyd etmişdi ki, bu, ilkin araşdırmalardır və bununla bağlı digər müəssisələrdə də araşdırma aparılır: "Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".

Nazir deyib ki, hazırda nazirlik əməkdaşlarından müvəqqəti saxlanılanlar var: "Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur".

Ə. Abbasov nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunması ilə bağlı yayılan xəbərlər barədə suala cavab verməkdən imtina etmişdi.

Amma bu gün Prezidentin Sərəncamı ilə işdən azad olunan Əli Abbasovun bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamanın sadəcə fikir yayındırmaq məqsədi daşıdığı ortaya çıxdı.

Görünən odur ki, Vidadi Zeynalovun istintaqa verdiyi ifadə heç də sıradan olmayıb. Və milli təhlükəsizlik naziri Eldar Mahmudov kimi Əli Abbasov da evdə oturub istintaqın nəticəsini gözləməlidir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
421

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 01:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru