Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2015
10:29
183
Gələn il Azərbaycanın əmək bazarındakı vəziyyətlə bağlı RƏSMİ PROQNOZ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti il üçün əmək bazarı üzrə proqnozları açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev FaktXəbər-ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri kimi, ölkədə iqtisadi şaxələndirmənin uğurla təmin olunması, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisinin sürətlə artması, sahibkarlığın inkişafının dəstəklənməsi, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi yönündə həyata keçirilən mühüm tədbirlər əmək bazarında müsbət meyillərin də sürətlənməsini stimullaşdırır.

E.Babayev qeyd edib ki, qeyd olunan faktorlar 2016-cı ildə də yeni iş yerlərinin yaradılması prosesinin uğurla davam edəcəyini, bunun nəticəsində məşğulluq səviyyəsinin artacağını, əmək ehtiyatlarından istifadənin daha da genişlənəcəyini qeyd etməyə əsas verir: “2016-ci ildə ölkədə həyata keçirilməsi nəzərdə tutulmuş yeni infrastruktur layihələrinin icrası, planlaşdırılan istehsal sahələrinin, xidmət obyektlərinin tikintisi işləri, dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlər hesabına yeni yaradılacaq iş yerləri işaxtaran vətəndaşların iş yerləri ilə təmin olunmasına imkan verəcək. Digər tərəfdən, əmək bazarının iştirakçıları arasında gəncləşmə meyillərinin artması, gənc mütəxəssislərin məşğul əhali sıralarına daxil olması prosesinin sürətlənməsi gözlənilir. Ölkədə istehsal sahəsində dünya standartlarına uyğun texnologiyaların tətbiqi istehsal olunan məhsulların keyfiyyət göstəricilərinin yüksəlməsi ilə yanaşı, əmək bazarında işçi qüvvəsinin peşəkarlıq səviyyəsinin artması ilə də müşahidə olunacaq”.

E.Babayev deyib ki, informasiya kommunikasiya texnologiyalarının tətbiqinin genişlənməsi də gələn il bu sahələr üzrə əmək bazarında işçi qüvvəsinə tələbin artmasına səbəb olacaq: "Həyata keçirilən tədbirlər nəticəsində qadınların, sosial cəhətdən həssas qruplardan olan vətəndaşların əmək bazarında iştirak imkanlarının artması da gözlənilir".

Nazirlik rəsmisi ümumilikdə 2016-cı ildə ölkəmizin əmək bazarında sabit vəziyyətin davam edəcəyinin proqnozlaşdırıldığını açıqlayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1197

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1365

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1815

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1112

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1461

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1196

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1811
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 01:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru