Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2015
09:33
245
Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur.

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib.

FaktXəbər-in məlumatına görə, Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 18 ildir, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

Qeyd: Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Konstitusiyalar iki əsas növə bölünür: yazılı və yazılmamış. Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur. Yazılmamış konstitusiyalarda isə ali qanun normalar, çoxlu sayda akt, həmçinin adətlərdə təsbit olunub.

Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqların Böyük Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyasıdır.

Məqalədə : Azərbaycan Konstitusiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

24

Sentyabr
12:40
ÖLKƏ
114

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

24

Sentyabr
11:41
AİLƏ, SAĞLAMLIQ
104

Müflis olmus banklar əmanətləri qaytarcaq

24

Sentyabr
11:00
İQTİSADİYYAT
210

Ermənilərin vurduğu Raminin - Fotoları

24

Sentyabr
10:56
ÖLKƏ
159

Beyin niyə yuxunu "silir"?

24

Sentyabr
10:45
AİLƏ, SAĞLAMLIQ
109

Şamaxıda baş verən yol qəzasında 1 nəfər ölüb

24

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
118

Bakı polisi təlimlərə cəlb olunur

24

Sentyabr
10:07
HÜQUQ,HADİSƏ
134

Sizdə də qanazlığı ola bilər: NƏ ETMƏLİ?

24

Sentyabr
09:58
AİLƏ, SAĞLAMLIQ
175

Xarici valyutaların manata qarşı məzənnələri

24

Sentyabr
09:42
İQTİSADİYYAT
134

24 sentyabr tarixinə olan valyuta məzənnələri

24

Sentyabr
09:30
İQTİSADİYYAT
118
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 13:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru