Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2015
15:26
1441
Azərbaycanda dollardan həyəcan təbili - FOTOLAR

Azərbaycanda Amerika Birləşmiş Ştatları (ABŞ) dollarının məzənnəsi son 7 ayda ən yüksək həddə çatıb. Mərkəzi Bankın bu gün açıqladığı rəsmi məzənnələrdə dollar 1,0501 manat dəyərində müəyyən edilib.

Bu qiymət aprel ayından indiyə qədər dolların ən yüksək rəsmi məzənnəsidir. Belə ki, aprelin 20-də 1 dollar 1,0502 manata bərabər idi.

Artıq valyuta mübadiləsi məntəqələrində də əvvəlki illərlə müqayisədə qiymət artımı müşahidə olunur. Hazırda mübadilə məntəqələrində 1 dollar alıcılara 1.0503 manatdan təklif edilir.

Satıcılar da son bir neçə gündə dollar alanların sayında artım olduğunu bildirirlər. Pul mübadiləsi ilə məşğul olan Rəşad İsmayılov deyir ki, son iki gündə dollar alanların sayında 5-10 faiz artım var: 

"Buna səbəb insanların dolların yenidən bahalaşacağından ehtiyat etməsidir. Biz də insanlardan nə üçün dollar aldıqlarını soruşuruq . Onlar bildirirlər ki, əhali arasında yeni ildən dolların qiyməti çox əsaslı şəkildə artacaq. Ancaq düşünürəm ki, bu məlumatlar həqiqəti əks etdirmir".

Müşahidə apardığımız digər məntəqələrdə də oxşar vəziyyət görünürdü. Valyuta dəyişənlərin hamısı artımın olduğu ilə razılaşır. Ancaq bu artımın cüzi olduğunu deyirlər.

Pulunu dollara çevirən şəhər sakini Fazil adlı şəxs deyir ki, əlində olan əskinasları xarici valyutaya çevirməsinin səbəbini belə açıqladı:

"Mən pulumu dollara ona görə çevirirəm ki, gələcək aylarda dolların ucuzlaşacağına inanmıram. Ətrafdakı insanlar da deyir ki, gələcək aylarda dollar yenidən yüksələ bilər. Ona görə də dollar yüksədiyi zaman uduzmaq istəmirəm".

Şəhərin mübadilə məntəqələrindəki valyuta qiymətləri

Ümumiyyətlə apardığımız müşahidələr isanlar arasında dolların bahalaşacağı ilə bağlı narahatlığın olduğunu ortaya çıxardı. Bu ilin avqust ayının 22-də də insanlar arasında dolların qalxacağı ilə bağlı ajiotaj yaranmışdı. Hətta iş o yerə çatmışdı ki, paytaxtda və rayonlarda mübadilə məntəqələrinin çoxu öz fəaliyyətini dayandıraraq dollar satmaqdan imtina etmişdi.

Bir sıra bankların satışı dayandırması mübadilə ilə məşğul olan digər bankların işini çətinə salmış, dollar dəyişməsi ilə məşğul olan bankların qarşında izdiham yaranmasına səbəb olmuşdu. Həmin zaman mübadilə ilə məşğul olan banklarda bir nəfərə yalnız 2000 dollar satılırdı və dollar alan vətəndaşların isə şəxsiyyət vəsiqəsi alınaraq sürəti çıxarılırdı.

Avqust ayında dollar dəyişmək üçün əhalinin banklardakı izdihamı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1761

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
194
Şərhlər
anonim tərəfindən 10-11-2015 15:13:31 tarixində yazıldı
dollar
Yalandır.Dollarən ən yüksək həddi 1.07 olub, özü də neçə gün...
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 00:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru