Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2015
11:38
255
Azərbaycanda uşaqlara qoyulan yeni populyar adların siyahısı açıqlanıb

"Son dövrlərdə Azərbaycanda uşaqlara qoyulan adların siyahısına daxil olan adların çoxu türk mənşəlidir". Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib.

Onun sözlərinə görə, il ərzində siyahıya çoxlu sayda yeni adlar daxil edilib: "Son dövrlərdə valideynlər qız övladlarına yeni adlardan daha çox "Dəniz", "Dərya", "Damla", "Nurgün", "Nuray", oğlanlara "Elnur", "Aydəmir", "Alpər" kimi adlar qoymağa üstünlük verirlər. "Alpər" son dövrdə ən çox qoyulan adlar sırasındadır. Bu ad Göytürk abidələrindən götürülüb".

S.Sadıqova deyib ki, bəzi valideynlər Terminologiya Komissiyasının adlarla bağlı gördüyü işləri düzgün qiymətləndirmirlər: "Bəzi valideynlərdə elə təəssürat yaranır ki, sanki Terminologiya Komissiyası bütün adlara qarşıdır. Amma bizim başlıca məqsədimiz odur ki, balalarımız adları səslənəndə utanmasın, əksinə qürur hissi keçirsinlər. Valideynin övladına "Limonad" adı qoyması hansı məntiqə uyğundur?!".

O qeyd edib ki, gülüş doğuran, anlaşılmaz adlar siyahıya daxil edilmir və körpələrə qoyulmasına da icazə verilmir: "Təklif olunan "Topraq" adının qoyulmasına icazə vermədik, ad siyahıdan çıxarıldı".

Komissiyanın sədr müavini bəzi qədim adların siyahıdan çıxarılmasının mümkün olmadığını deyib: "Azərbaycanda alınma adlar vaxtilə ərəb-fars dilindən keçib, onlar artıq dilimizin daxili qayda-qanunlarına uyğunlaşıb. Bu adları artıq çıxarmaq olmaz". 

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
26

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
123

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
82

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
30

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
143

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
49
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 00:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru