Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2015
13:28
1446
Azərbaycanın müdafiə nazirindən yaxın vaxtlarda MÜHARİBƏ ANONSU
"Azərbaycan xalqı, ordusu onlardan qat-qat üstündür. Biz bunu bu yaxınlarda düşmənə sübut edəcəyik"

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birində Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə iştirak edib. Bu barədə FaktXəbər-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, əvvəlcə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb.

Düşmənlə üz-üzə səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.

Nazir bildirib ki, Ali baş komandanın, Prezidentin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində ordu son vaxtlar sürətlə inkişaf edir, bütün istiqamətlərdə yüksək nailiyyətlər əldə olunub: "Cəbhədə keçirilən tədbirlər nəticəsində xeyli sayda düşmən məhv edilib, o, psixoloji cəhətdən sarsıdılıb. Əsgərlərimizin ruh yüksəkliyi düşmənləri qorxudur. Onlar vahimə içərisindədirlər.

Müdafiə Nazirliyinin rəhbərliyi ilə cəbhə bölgəsində şəxsi heyətin xidməti döyüş fəaliyyətini, döyüş növbəsini yoxladıq. Bir daha əmin olduq ki, Azərbaycan əsgəri mərd şəkildə cəbhədə düşmənlə üz-üzə dayanaraq onu işğal olunmuş torpaqlarımızdan qovaraq ərazilərimizi azad etməyə tam hazırdır. Buna nail olmaq üçün bizim bütün imkanlarımız var".

Z.Həsənov deyib ki, hər gün Azərbaycan ordusu müasir silahlar, toplar, zirehli texnikalarla silahlanır, yeni tikililər istifadəyə verilir: "O cümlədən sizin də xidmət etdiyiniz hərbi hissəniz əsgər və zabitlərin istifadəsinə verilib. Bunlar hamısı bizə imkan verir ki, haqq sözümüzü, mövqeyimizi müdafiə edək və qısa bir müddətdə ermənilərə göstərək ki, Azərbaycan xalqı, ordusu onlardan qat-qat üstündür. Biz bunu bu yaxınlarda düşmənə sübut edəcəyik. Qısa müddət ərzində həyata keçirilən əməliyyatlar göstərdi ki, işğalçını hansı aqibət gözləyir.

Bu bayram günündə mən xüsusi qeyd etmək istəyirəm ki, möhtərəm cənab Prezidentin bizə təqdim etdiyi döyüş bayrağımız da dövlət bayrağının rəmzlərini əks etdirir. Biz hamımız bir yerdə o günü yaxınlaşdırmalıyıq ki, döyüş bayraqlarımızı Azərbaycanın işğal olunmuş torpaqlarında ucaldaq.

Hər bir Azərbaycan əsgəri nümunəvi nizam-intizama malik olmalı, xidməti fəaliyyətini, döyüş hazırlığını daim artırmalı, sərəncamındakı ən müasir silah-sursat, hərbi texnikanı bacarıqla istifadə etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır.

Azərbaycan Silahlı Qüvvələrinin gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır.

Bir daha sizi təbrik edir və uğurlar arzulayıram".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1708

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1011

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2156

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2812

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
126

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
828

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4179

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
104
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 03:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru