Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2015
13:29
1792
Narkoman 4-cü sinif şagirdləri - Azərbaycanda şok hadisə

“2014-cü ildə yetkinlik yaşına çatmayan uşaqlar arasında 5 nəfər narkotik maddə istifadəçisi aşkar olunub. Onların arasında 7, 9, 10-cu sinif şagirdləri də var. Hətta 4 və 5-ci siniflərdə də narkotikdən istifadə edən şagirdlərə rast gəlinir”. Bunu Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbərinin müavini Leyla Yolçiyeva deyib. 

O, bildirib ki, tələbə və şagirdlərin maddi imkanları olmadığına görə, onlar sintetik tərkibli narkotik vasitələrdən istifadə edirlər. Buda daha çox aslılıq yaradır: “Hətta bir - iki dəfə istifadədən sonra insan özünü narkotik vasitəsiz təsəvvür edə bilmir. Az doza ilə qəbul edir. Daha sonra bundan zövq ala bilmir. Və dozanı artırmağa başlayır. Son nəticədə isə dozanı aşma “peridazirovka” deyilən həddə gəlib çıxır. Bu zaman isə orqanizm tap gətirə bilmir, qara ciyər sıradan çıxır”.

L. Yolçiyeva həmçinin əlavə edib ki, tərtib olunan statistikada tələbələrlə bağlı məlumat yoxdur. Çünki narkotikdən istifadə edən tələbələr adətən qeydiyyata düşməməyə çalışır. Belə olan halda isə statistikada problem yaşanır: “Ümumilikdə isə ölkəmizdə 28 min 656 nəfər rəsmi qeydiyyatda olan narkoman var ki, onlardan 554 nəfəri qadınlardır. 666 nəfər isə anonim müalicə alır. Qeyri-rəsmi statistik rəqəmlər isə daha çoxdur”. 

O, deyib ki, orta məktəblərədə narkotik vasitələrin məktəblilər arasında yayılmasının qarşısını almaq məqsədi ilə Təhsil Nazirliyi ilə birlikdə kurrikulum hazırlanıb. Onun sözlərinə görə, növbəti illərdə bu dərs vəsaiti kimi məktəblərdə tədris olunacaq: “Demək olar ki, Azərbaycanın bütün universitetlərində tələbələrlə görüşlərdə olmuşuq. Tələbələr açıq şəkildə bizə suallarını verə bilirlər. Məktəblərdə də bu tipli görüşlər edirik. Hətta görüşdən sonra etiraf edənlər də olur. İstifadəçilərdən bəziləri deyir ki, sadəcə dadına baxmaq məqsədilə istifadə etmişəm. Amma indi alışmışam valideyinlərimə deyə bilmirəm. Biz də onları səhiyyə ocaqlarına yönləndiririk. Rayonlarda da tez-tez gedib maarifləndirmə işi aparırıq. Daha çox cənub bölgəsinə görüşlərə gedirik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
643

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
36

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 21:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru