Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2015
12:31
420
276 nəfər and içib azərbaycanlı oldu

Dövlət Miqrasiya Xidmətində Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin Azərbaycana sadiq olacaqları barədə andiçmə mərasimi keçirilib.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə vətəndaşlığa qəbul və bərpa edilmiş şəxsləri təbrik edib.

F. Nəbiyev vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslərə müstəqil Azərbaycan dövləti ilə siyasi və hüquqi əlaqələrinin möhkəm olmasını arzulayıb.

Qanunvericiliyə əsasən Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda, həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyinə və ya Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Sonra vətəndaşlığa qəbul edilmiş 267 və bərpa edilmiş 9 şəxs təntənəli şəraitdə Azərbaycanın Dövlət bayrağı önündə Azərbaycan Konstitusiyasına əl basmaqla, Azərbaycan dövlət dilində Azərbaycana sadiq olacaqları barədə and içiblər.

Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 30 dekabr 2014-cü il tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən ilk dəfə keçirilib. And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.

Tədbir Dövlət Himninin ifası ilə yekunlaşıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3390

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1624

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2739

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1074

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1103

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1525
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 18:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru